ANQLO-SAKSONLARDA VƏ AZƏRBAYCAN TÜRKLƏRİNDƏ ADVERMƏ VƏ ANTROPONİMLƏRİN TİPOLOGİYASI (EPİK MƏTNLƏR ƏSASINDA)

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 5

Abstract

Epik onomastikanın incələnməsi göstərir ki, dünyanın əksər xalqlarında ad təkcə nominativ əhəmiyyət kəsb etməyib, insanın mənşəyi, etnik-milli kimliyi, dini, psixikası, görkəmi, xarakteri haqqında informasiya daşıya bilir. Bunlardan əlavə, ad ibtidai təfəkkür üçün bəlkə də birinci dərəcədə əhəmiyyətli sayılan magik funksiya yerinə yetirir. Sözsüz ki, anlo-sakson və türk-oğuz şəxs adlarının (o cüm­lədən epik adların) tərkibində hərbi və sosial məzmun daşıyan komponentlərlə əlaqəli kəlmələrin olması müəyyən tarixi kəsimdə xüsusi əhəmiyyət və anlam daşı­mışdı. Lakin qeyd edilməlidir ki, əksər belə qədim adlar döyüş te­matikasına bağlı olsalar da və nə qədər əzəmətli səslənsələr də, ilk öncə magik funksiya yerinə yetirirdilər. Xüsusən, Azərbaycan (Oğuz) eposunun adlar sistemi göstərir ki, adla adı daşıyan obyekt arasında daxili əlaqə, bir çox hallarda adla daşıyıcının funksi­onal bağlantısı olmalı idi. Biz bunu “Oğuz kağan”, “Kitabi-Dədə Qorqud”, “Ko­roğlu” və başqa dastanlarda izləyə bilirik. Azərbaycan və ingilis xalqlarının qədim advermə ənənəsində patriarxatla bağlı nüanslar da özünü göstərir. Lakin oğuzların inam sistemində atalar kultunun xüsusi önəmli yer tutması bu məsələdə onları xüsusilə seçdirir.

Authors and Affiliations

Arəstə Xudiyeva

Keywords

Related Articles

ƏMƏK KOLLEKTİVİNDƏ MOTİVASİYAYA MƏNFİ TƏSİR EDƏN AMİLLƏR

Kəskin rəqabət mühitində fəaliyyət göstərən müəssisələr fəaliyyətlərinin məhsuldarlığını və səmərəliliyini yüksəltmək və rəqabət mövqelərini gücləndirmək məqsədilə daima heyətin motivasiyasının yüksəldilməsinə xüsusi önə...

DÖVLƏT SATINALMALARI MÜQAVİLƏ HÜQUQU KONTEKSTİNDƏ

Xülasə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun) dövlət orqanları tərəfindən dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edir...

Steven Krashen's Theory of the Second Language Acquisition

Abstract Among modern language teaching methods, the theory of second language acquisition is one of the leading methods. Stephen Krasche's theory of second language acquisition represents an important shift in the wa...

MÜASİR DÖVR AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA MİLLİ ƏNƏNƏLƏR

Məqalədə müasir dövr Azərbaycan heykəltəraşlığında milli ənənələrdən bəhs edilir. Müasir dövrdə yaradıcılıqlarında milli ənənələrə müraciət edən görkəmli heykəltəraşlarımız kifayət qədərdir. Bu mənada Əsgər Kərimovun “Mu...

TÜRKİYƏNİN ORTA ASİYA TÜRKDİLLİ ÖLKƏLƏRİ İLƏ TİCARƏT ƏLAQƏLƏRİNİN TƏHLİLİ

Xülasə 1992-ci ildən etibarən Türkiyə və Asiyada yerləşən Türkdilli dövlətlər arasında diplomatik əlaqələr quruldu. Türkiyə regionda iqtisadi əməkdaşlığı gücləndirmək üçün Orta Asiyada yerləşən Türkdilli ölkələrlə bir...

Download PDF file
  • EP ID EP752937
  • DOI 10.36719/2663-4619/90/73-80
  • Views 21
  • Downloads 1

How To Cite

Arəstə Xudiyeva (2023). ANQLO-SAKSONLARDA VƏ AZƏRBAYCAN TÜRKLƏRİNDƏ ADVERMƏ VƏ ANTROPONİMLƏRİN TİPOLOGİYASI (EPİK MƏTNLƏR ƏSASINDA). Scientific Work, 17(5), -. https://europub.co.uk./articles/-A-752937