DÖVLƏT SATINALMALARI MÜQAVİLƏ HÜQUQU KONTEKSTİNDƏ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 3
Abstract
Xülasə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun) dövlət orqanları tərəfindən dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edir və satınalan təşkilatlar tərəfindən malların, işlərin və xidmətlərin satın alınmasını tənzimləyir. Dövlət satınalmaları dövlət vəsaitinin səmərəli və qənaətlə istifadəsinə yönəlmiş və satınalma prosedurlarında şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətliliyin təmin olunması, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş istisna hallar nəzərə alınmaq şərtilə bərabərliyin təmin edilməsinə diqqət yetirən xüsusi bir sahədir. Qanun satınalma prosedurlarına dövlət nəzarətini həyata keçirən orqan (bundan sonra – Nəzarət orqanı) tərəfindən satınalma proseduru ilə əlaqəli sənədləri (məlumatları) tələb etmək, məlumatların dəqiqləşdirilməsi ilə bağlı müraciət etmək, müşahidəçi qismində iştirak etmək və s. bu kimi digər məsələləri tənzimləyir. Sözügedən məsələləri tənzimləyən müddəalar satınalma prosedurunun tərəflərinin bir-biri qarşısında öhdəliklərinin icrası və yarana biləcək mübahisələrin həlli üçün tənzimləmələri təmin edir. Azərbaycan Respublikasında satınalma prosedurları hal-hazırda qüvvədə olan 14 iyul 2023-cü il tarixli 988-VIQ nömrəli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunuilə tənzimlənir, lakin nəzərə almaq lazımdır ki, yeni Qanun 01 yanvar 2024-cü il tarixindən etibarən qüvvəyə minmişdir. Bundan əvvəlki müddətdə isə həmin münasibətləri 27 dekabr 2001-ci il tarixli 245-IIQ nömrəli köhnə Qanunla tənzimlənirdi. Əvvəllər qüvvədə olmuş köhnə Qanunun mövcud praktikaya uyğunlaşdırılması üçün kifayət qədər dəyişikliklərə zərurət yarandığından yeni Qanunun qəbulu bu sahədə daha əlverişli addım hesab oluna bilər. Həmçinin qeyd etmək mütləqdir ki, satınalma prosedurlarının bir hissəsi olan satınalma müqavilələrinin tərtib edilməsi eyni zamanda yerli və beynəlxalq qanunvericiliyin bir hissəsi olan müqavilə hüququ kontekstində də nəzərə alınmalıdır.
Authors and Affiliations
Məryam Atakişiyeva
PEDAQOGİKANIN PREDMETİ, FUNKSİYALARI, MƏQSƏDİ, VƏZİFƏLƏRİ, MƏNBƏLƏRİ VƏ METODOLOGİYASI
Xülasə Pedaqogika gənc nəslin təhsiinin, tərbiyəsinin məqsədi, məzmunu, qanunauyğunluqları və səmərəli yollardan bəhs edən elmdir. Bəşər cəmiyyəti yarandığı gündən yaşlı nəsil gənc nəslin tərbiyəsi qayğısına qalara...
OPINIONS OF LITERARY CRITICS ABOUT THE EARLY WORK OF THOMAS MANN
This article has been devoted to the early creative activity of the great German writer Thomas Mann and to the impact of time and society on him, in which he lived. It says that the writer criticizes the bourgeois societ...
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ VEB PORTALLARIN TƏTBİQİ XÜSUSİYYƏTLƏRİ VƏ ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
Xülasə Müasir təhsil bazarında veb portallar ali təhsil müəssisələri (ATM) üçün həyati əhəmiyyət kəsb edən alətlərdən birinə çevrilmişdir. Ona görə ki, veb portallar bütün akademik heyət arasında qarşılıqlı əlaqə vas...
THE FOUNDED OF NAKHCHIVAN AUTONOMOUS REPUBLIC: FROM PAST TO PRESENT
Abstract The Nakhchivan Autonomous Republic (NAR) stands as a testament to the intricate interplay of historical, ethnic, and geopolitical factors that have shaped the South Caucasus region. Established in 1924 amidst...
ŞİMAL REGİONU ÜZRƏ FƏALİYYƏT GÖSTƏRƏN QUM-ÇINQIL KARXANALARININ EKOLOJİ MÜHİTƏ TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə Məqalədə şimal regionu üzrə qum-çınqıl karxanalarının fəaliyyəti nəticəsində ekoloji mühitə göstərilən təsirlərdən bəhs edilir. Qum-çınqıl karxanaları müəssisələrində istismar zamanı norma və qaydalara riayət e...