AUTENTİK DİALOQLARIN DİSKURSİV XÜSUSİYYƏTLƏRİ

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 4

Abstract

Xülasə Məqalədə kommunikativ mühitin təqlidini yaratmağa kömək edən autentik dialoqların diskursiv xüsusiyyətləri tədqiqat obyektinə çevrilmişdir. Məlumdur ki, ünsiyyət prosesində dialoq nitqi aparıcı yer tutur və ali tədrisdə bu nitq formasının inkişaf etdirilməsi bir sıra müxtəlif növ üsulların istifadəsini zəruri edir. İngilis dilində dialoji nitqin formalaşmasında autentik dialoqların istifadəsi cəmiyyətdə ədalətli fikir mübadiləsinin və yaradıcı düşüncənin aşkarlanmasına səbəb olmuşdur. Autentik dialoqlar ingilis dilində fikir mübadiləsi zamanı iki tərəf arasında səmərəli ünsiyyəti və öyrənənlərin real dünyaya baxışlarını formalaşdırır. Autentik dialoq qarşı tərəfə bədənin, duyğuların, intellektin və ruhun danışdığı dildir. Autentik dialoqların istifadəsi zamanı tələbələr nədən söhbət etməyi planlaşdırır, çevik vaxt parametrlərinə malik olurlar və tapşırıqların yerinə yetirilməsi üçün məsuliyyət daşıyırlar. Bununla belə, bu dialoqlarda dinləmək uğurlu və orijinal dialoqa nail olmaq üçün ən vacib tərkib hissədir. Bu məqsədlə, kommunikativ şəraitdə dialoji dil mühitinin yaradılması tədris prosesinin metodik cəhətdən düzgün və məhsuldar qurulmasını tələb edir. Bu sahədə araşdırmalar aparan tədqiqatçılar dialoqlu tədris metodunu tələbələrin formalaşmasında fəal rol oynamağa imkan verən müəllim-şagird qarşılıqlı əlaqəsinin tərbiyəvi potensialı hesab edirlər. Onlar dialoqların diskurs xüsusiyyətlərinin tezliyi və faizi müqayisə edərək, orijinal dialoqların bir çox xüsusiyyətləri arasında əhəmiyyətli fərqlər aşkar etmişlər. Buna baxmayaraq, autentik dialoqlar iştirakçıların daxili aləmini təsvir etməyə, onların şəxsiyyətini, statusunu və psixologiyasını göstərməyə meyllidir.

Authors and Affiliations

Nərmin İbrahimli

Keywords

Related Articles

Quba-Xaçmaz bölgəsində müşahidə olunan zərərvericilər

Quba-Xaçmaz bölgəsindəki zərərvericilərin müşahidəsi yalnız yerli kənd təsərrüfatı və bağçılıq üçün deyil, ümumiyyətlə, regional ekosistem üçün də əhəmiyyətlidir. Bu bölgədəki müsbət iqlim şəraiti və torpaq resursları kə...

Uşaqlarda nekrotik enterokolit zamanı müalicə taktikasının xüsusiyyətləri və reabilitasiyası

Xülasə Məqalədə uşaqlarda nekrotik enterokolit (NEK) zamanı müalicə taktikasının xüsusiyyətləri və reabilitasiyasına dair qısa məlumatlar verilmiş, son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrüb...

MÜASİR ALMAN DİLİNƏ DAXİL OLAN YENİ VƏ XARİCİ JARQONLAR (SLEQANLAR) VƏ ONLARIN DİLƏ TƏSİRİ

Xülasə Məqalə gənclərin müasir alman dilində olan danışıq və ifadə vasitələrinin öyrənilməsinə həsr edilmişdir. Sosial linqvistika, mədəniyyətlərarası ünsiyyət, ekolinqvistika və praqmalinqvistika sahəsində bilikləri...

Torpaq və bitki uyğunluğunun qiymətləndirilməsində qeyri-səlis çoxluqların rolu

Xülasə Optimal torpaq-bitki cütünün seçilməsi davamlı kənd təsərrüfatı məhsuldarlığını təmin etmək üçün çox vacibdir. Ənənəvi olaraq, bu təyinat torpağın xüsusiyyətləri, iqlim şəraiti və bitki tələbləri ilə bağlı eksp...

Davamlı inkişaf və təhsil: Qarabağda yeni üfüqlər

Qarabağda davamlı inkişaf, münaqişədən sonrakı bərpa prosesində təhsilin yenidən qurulması və strateji bir alət kimi istifadəsini tələb edir. Təhsil, ekoloji məsuliyyət, sosial bərabərlik və iqtisadi davamlılıq prinsiplə...

Download PDF file
  • EP ID EP748661
  • DOI 10.36719/2663-4619/101/126-130
  • Views 44
  • Downloads 0

How To Cite

Nərmin İbrahimli (2024). AUTENTİK DİALOQLARIN DİSKURSİV XÜSUSİYYƏTLƏRİ. Scientific Work, 18(4), -. https://europub.co.uk./articles/-A-748661