AZƏRBAYCAN RESPUBLİKASININ ÜTT-YƏ ÜZVLÜYÜNÜN FAYDA VƏ RİSKLİ TƏRƏFLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 1
Abstract
Xülasə İkinci dünya müharibəsindən sonra meydana gələn vəziyyətdən qurtulmağa çalışan bir çox ölkə azad ticarət təcrübələrini həyata keçirməyi seçmişdir. Bu istiqamətdə həyata keçirilən araşdırmalar və tətbiqlər zamanla artmağa davam etmişdir. 1980-ci illərin sonlarında universal ölçülərə çatan bu inkişaf perspektivəri bütün dünyanı vahid bazara çevirməyə meylli idi. 1947-ci ildə GATT çərçivəsində başlanan gömrük tarifləri və kvotaların aradan qaldırılması ilə azad ticarət təcrübələrinin yayılmasına dair araşdırmalar Ümumdünya Ticarət Təşkilatının (ÜTT) yaradılması ilə daha geniş vüsət aldı. ÜTT beynəlxalq ticarəti maksimum səviyyədə liberallaşdırmaqla azad və şəffaf rəqabət şəraitində dünyanın rifah səviyyəsini yüksəltmək məqsədi daşıyır. Bu məqalədə müasir dünyada öz yerini tutmağa hazırlaşan Azərbaycan Respublikasının 1997-ci il iyunun 23-dən ÜTT-yə üzvlüklə bağlı səyləri və onun üzvlük statusu araşdırılmışdır. Qeyd etmək lazımdır ki, həm üzvlüklə bağlı aparılan araşdırmalar, həm də bu araşdırmalar nəticəsində üzvlük prosesinin yekunlaşması Azərbaycan üçün müəyyən qazanc və itkilərə səbəb olacaqdır. Məqalədə bəhs olunan bu qazanc və itkilər müəyyən edilmiş və üzvlük prosesində həyata keçirilməli olan tədbirlər qısa şəkildə müzakirə edilmişdir.
Authors and Affiliations
Samirə Yusifova
İnklüziv təlimin təşkili üsulları haqqında
Xülasə Məqalə təhsil sistemində böyük əhəmiyyət kəsb edən və müstəqil öyrənmə potensialını yüksəldən və hal-hazırda aktuallığı ilə seçilən inklüziv təlimin təşkili üsullarına həsr olunmuşdur. İnklüziv təlim, mənşəyin...
KOMPLEKTLƏŞDİRİLMƏ ARXİV İŞİNİN TƏRKİB HİSSƏSİ KİMİ
Məqalədə komplektləşdirmənin tərifi, onun əsas iş prinsipləri izah olunur. Həmçinin komplektləşdirmə işinin 4 mərhələdən ibarət olduğu göstərilərək, hər birinin izahı verilir. Arxiv profilinin təyin edilməsi və komplektl...
PORTFEL İNVESTİSİYALARININ NÖVLƏRİ VƏ İNFLYASİYA PROBLEMLƏRİ
Xülasə Ölkədə səhm və istiqrazların maliyyə aktivləri kimi təhlilində istehsal təlabatının yaradılması təhlil edilib. Azərbaycanda investisiya portfelinin diversifikasiyasının reallaşdırılmasında hazırkı vəziyyəti arş...
DÜZGÜN YAZI QAYDALARINA (ORFOQRAFİYA) YİYƏLƏNMƏYİN BAŞLICA ŞƏRTLƏRİ
Xülasə Düzgün orfoqrafiya və qrammatika standartlarına nail olmaq üçün dilimizi yaxşı qavramaq və onun əsasları öyrənmək üçün fədakarlıq tələb olunur. Hər şeydən əvvəl sözləri düzgün yaza bilmək onların fonetikasını h...
Steven Krashen's Theory of the Second Language Acquisition
Abstract Among modern language teaching methods, the theory of second language acquisition is one of the leading methods. Stephen Krasche's theory of second language acquisition represents an important shift in the wa...