İnklüziv təlimin təşkili üsulları haqqında

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 11

Abstract

Xülasə Məqalə təhsil sistemində böyük əhəmiyyət kəsb edən və müstəqil öyrənmə potensialını yüksəl­dən və hal-hazırda aktuallığı ilə seçilən inklüziv təlimin təşkili üsullarına həsr olunmuşdur. İnklüziv təlim, mənşəyindən və kimliyindən asılı olmayaraq, bütün öyrəncilərin ehtiyaclarını qarşılamaq və onların mövzu ilə qarşılıqlı əlaqəsini dəstəkləyən pedaqogikadır. İnklüziv təlimin təşkili ehtiyac və tələbatların ödənilməsi məqsədilə fəaliyyətin hər bir şagirdin maraq, meyil və tələbatı əsasında təş­kil olunması, müxtəlif yolla öyrənən şagirdlər üçün fərqli tapşırıqların, paylama materiallarının ha­zırlanması, müvafiq təlim mühitinin yaradılması deməkdir. İnklüziv təlimdə müəllimlərin valideyn­lərlə birgə səyi və əməkdaşlığı sayəsində yaradılan təlim-tədris mühiti təhsilin səmərəliliyini artıra, öyrənmə prosesini daha da təkmilləşdirə bilər. Aydındır ki, ümumtəhsil məktəblərində xüsusi təlim ehtiyacları olan şagirdlərin təhsil alması mümkündür. Hazırda inklüzivlik beynəlxalq əhəmiyyətə malik olub, müxtəlif rəsmi bəyanatların mühüm tər­kib hissəsi kimi çıxış edir. İnklüziv təhsil inteqrasiyadan daha geniş və əhatəli məfhumdur və təhsilə dair bütün məsələləri özündə cəmləşdirir. İnklüzivliyin tərəfdarları şagirdlərin xüsusi təhsil ehti­yaclarının ödənilməsindən daha çox müxtəlifliyi dəstəkləyən və bərabərliyi təmin edən təhsil siste­minin inkişafında maraqlıdırlar.

Authors and Affiliations

Kifayət Mənsimova

Keywords

Related Articles

AUTENTİK DİALOQLARIN DİSKURSİV XÜSUSİYYƏTLƏRİ

Xülasə Məqalədə kommunikativ mühitin təqlidini yaratmağa kömək edən autentik dialoqların diskursiv xüsusiyyətləri tədqiqat obyektinə çevrilmişdir. Məlumdur ki, ünsiyyət prosesində dialoq nitqi aparıcı yer tutur və ali...

DAXİLİ TURİZMİN İNKİŞAF PERSPEKTİVLƏRİ

Xülasə Tədqiqatın məqsədi: Azərbaycan Respublikasında daxili turizmin inkişaf perspektivlərini araşdırmaq, yerli turizm potensialını artırmaq üçün stratejilər təklif etmək və bu sahədə mövcud imkanların daha effektiv is...

FALLOPIAN TUBE CANCER

Ovarian cancer is the leading cause of gynecologic cancer death in the world, and its prevention and early diagnosis remain the key to its treatment, especially for high-grade serous carcinoma (HGSC). Accumulating epidem...

BRETTON WOOD ACCORDS AND FOMATION OF IMF AND WB

Abstract The Bretton Woods system was a monetary management system established in 1944, in the aftermath of World War II. Under the Bretton Woods system, other countries could exchange their dollars for gold at a fixe...

AI-Driven Optimization in Project Management and Marketing: A Case Study of Airbnb Using Generative Adversarial Networks

With an emphasis on AI-driven optimization to improve business performance, this study explores the use of Generative Adversarial Networks (GANs) in project management. This study shows how artificial intelligence (AI) c...

Download PDF file
  • EP ID EP751825
  • DOI 10.36719/2663-4619/108/88-93
  • Views 38
  • Downloads 0

How To Cite

Kifayət Mənsimova (2024). İnklüziv təlimin təşkili üsulları haqqında. Scientific Work, 18(11), -. https://europub.co.uk./articles/-A-751825