AZƏRBAYCANDA XURMA CİNSİ NÖVLƏRİNİN YAYILMA AREALLARININ MÜƏYYƏNLƏŞDİRİLMƏSİ VƏ GENOFONDUNUN YARADILMASI
Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 10
Abstract
Xülasə Tədqiqat işimizdə Azərbaycanın müxtəlif bölgələrində xurma cinsi növlərinin yayılma arealları müəyyənləşdirilmişdir. Həmçinin xurma (Diospyros) cinsinə aid Qafqaz xurması (Diospyros lotus. L), Şərq xurması (Diospyros kaki L.) və Virginiya xurması (Diospyros Virginiana L.) növlərinin floradakı yerini tədqiq etməklə mövcud bioloji xüsusiyyətləri müəyyən edilmişdir. Şərq xurması (Diospyros kaki) Şəki-Zaqatala bölgəsində becərilən bitkilər arasında birinci yeri tutur. Azərbaycanın şimal-qərb bölgəsində şərq xurması əkilən sahələr çox olduğundan 2017-ci ildə Balakən rayonunun Katəks kəndində müasir standartlara cavab verən “Balxurma” meyvə qurutma fabriki fəaliyyətə başlayıb. Bu fabrikdəki xurma əsasən ixrac olunur. Xurma (Diospyros) cinsinə aid Qafqaz xurması (Diospyros lotus L) növünün bölgələrin biomüxtəlifliyində bioloji xüsusiyyətləri müəyyən edilməklə bu növün genofondunun qorunması və davamlı istifadəsinin yolları tədqiq olunmuşdur. Xurma kolleksiyasının yaradılması bu bitki üzrə seleksiya işlərinin effektiv qurulmasına kömək edəcəkdir.
Authors and Affiliations
Natavan Baxşəliyeva
LEYŞMANİOZ XƏSTƏLİYİNİN ÖYRƏNİLMƏ TARİXİ, KLİNİKASI VƏ TÖRƏDİCİLƏRİN MORFOLOGİYASI
Xülasə Leyşmaniozların bütün formalarının əsas xüsusiyyəti onun sahibinin makrofaqal sisteminin xəstəliyi fonunda baş verməsi hesab edilir. Hünü sağlam insanı sancdıqdan bir neçə saat sonra inokulyasiya nahiyəsində ye...
ECONOMIC IMPORTANCE OF CITRUS PLANTS
Abstract The article discusses various directions of activity in the agricultural field, including the fact that fruit growing is the most important occupation of the population in the development of agriculture. Frui...
Determination of the Chemical Composition of Oil and Gas
Abstract Oil is a complex mixture of liquid organic substances in which various solid hydrocarbons, resinous substances and accompanying gases are dissolved. In the article various methods of separation of complex mix...
NAXÇIVAN MUXTAR RESPUBLİKASI FLORASINDA ƏMƏKÖMƏCİKİMİLƏR - MALVACEAE JUSS. FƏSİLƏSİ BİTKİLƏRİNİN TAKSONOMİK VƏ COĞRAFİ TƏHLİLİ
Naxçıvan Muxtar Respublikanın zəngin florasında dünyanın əksər flora və bitkilik tipləri təşəkkül tapmışdır. Ərazi florasına daxil olan qədim (relikt) bitki qruplarından biri də Əməköməcikimilər fəsiləsidir. Fəsilənin tə...
ABŞERON MİLLİ PARKININ BİTKİ ÖRTÜYÜNÜN BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Xülasə Tədqiqat işinin əsas məqsədi Abşeron Milli Parkının flora və bitkiliyinin müasir vəziyyətinin tədqiqi olmuşdur. Bu məqsədlə 2022-2023-cü illərdə tərəfimizdən müxtəlif vaxtlarda, əsasən yaz və payız mövsümündə A...