DİL MATERİALININ EKSPERİMENTAL-FONETİK TƏHLİLİ
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 4
Abstract
Elliptik söyləmlərin eksperimental-fonetik təhlili dialoji nitqin, birincisi, intonasiya modellərini müəyyənləşdirməyə, ikincisi, intonasiya və leksik-qrammatik xüsusiyyətlərini təyin etməyə, üçüncüsu, seçilmiş dil materialında intonasiyanın praqmatik, ritorik funksiyalarını aşkar etməyə imkan verir. Dil materialının təhlili göstərir ki, sintaqmların sonunda qeydə alınmış tonun qalxması və ya hamar ton tipik və müntəzəm ton konturlar deyil, yəni sintaqmların prosodik tərtibini semantik (kommunikativ) məzmunla əlaqələndirmək olmur. Söyləmin prosodik təşkili hazırda yalnız fonetik deyil, həm də sintaktik, semantik, diskursiv və koqnitiv tədqiqatların diqqət mərkəzindədir. İntonasiya vasitələri söyləmin real danışıq prosesində əlaqəliliyin və bütövlüyün təmin edilməsinə xidmət edir. İntonasiya konkret kommunikasiya şəraitində danışığın adekvat qavranılmasını təmin edir.
Authors and Affiliations
Aynurə Qurbanova
XALÇAÇI-RƏSSAM HACI ELDAR MİKAYILZADƏ YARADICILIĞINDA “ŞƏKİ XALÇA QRUPU”NUN TƏHLİLİ
Sənətkarın “Şəki xalçaları” silsiləsini dəyərləndirməli olsaq, öncə müəllifin gələcək çeşnilərinin bədii tutumunu təşkil edəcək təsvir və naxışların seçimində bilavasitə yerli mühitin bədii qaynaqlarına tapındığını qeyd...
Epidemik prosesin mərhələli dəyişikliklərində sosial və təbii şəraitin tənzimləyici əhəmiyyəti
Xülasə Məqalədə epidemik prosesin mərhələli dəyişikliklərində sosial və təbii şəraitin tənzimləyici əhəmiyyətinə dair qısa məlumatlar verilmiş və son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübə...
ÜÇGÜNLÜK MALYARİYANIN TÖRƏDİCİSİ OLAN PLASMODİUM VİVAX-IN ERİTROSİTAR MƏRHƏLƏ FORMASININ İN VİTRO İNKİŞAFINA TƏSİR EDƏN MÜXTƏLİF KİMYƏVİ AMİLLƏRİN ARAŞDIRILMASI
Xülasə Üçgünlük malyariya törədicisi olan P.vivax əsasən cavan eritrositləri invaziya etdiyindən onun fasiləsiz kulturası üçün retikulositlər tətbiq olunmalıdır. Bu məqalədə Plasmodium vivax-ın in vitro fasiləsiz...
MƏTNİN STRUKTUR-SEMANTİK ASPEKTLƏRİ
Xülasə Məqalədə mətnin struktur semantik xüsusiyyətləri və inversiya müasir dilçiliyin universal problemlərindən biri kimi nəzərdən keçirilir. Mətn dilin əsas vahidi, həm də nitqin əsas vahidi. Aydındır ki, mətn mədən...
AZƏRBAYCANDA FESTİVAL TURİZMİNİN PROBLEMLƏRİ
Azərbaycan turizm sahəsində sürətlə öyrənir və təcrübə toplayır. Dövlət tədbirləri nəticəsində ölkədə müasir mehmanxanalar və turizm infrastrukturu yaradılmış, turizm agentliklərinin geniş şəbəkəsi formalaşmış, informasi...