Epidemik prosesin mərhələli dəyişikliklərində sosial və təbii şəraitin tənzimləyici əhəmiyyəti
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 8
Abstract
Xülasə Məqalədə epidemik prosesin mərhələli dəyişikliklərində sosial və təbii şəraitin tənzimləyici əhəmiyyətinə dair qısa məlumatlar verilmiş və son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübə paylaşılmışdır. Epidemik prosesin təzahürü müxtəlif əhali qruplarında, ərazi və zaman daxilində xəstəliyin strukturuna və intensivliyinə görə fərqlənir. Epidemik prosesin tənzimlənməsi (özünütənzimləmə) əks əlaqə əsasında fəaliyyət göstərən parazit törədici və insan –sahib populyasiyalarının genotipik və fenotipik cəhətdən müxtəlif olan və daim dəyişən, bir-birilə qarşılıqlı əlaqədə olan sistem vasitəsilə təmin edilir. Epidemik prosesin mərhələli inkişafı – parazit və sahib populyasiyasının dəyişən sosial və təbii şəraitlərdə bir-birinə təsirinin nəticəsidir. Ayrı-ayrı törədici növlərinin ekoloji əlamətlərinin müxtəlifliyi parazitar sistemin qanunlarının dövri dəyişikliyinin çoxcəhətliliyini müəyyən edir.
Authors and Affiliations
Xatirə Xələfli Azərbaycan Tibb Universiteti tibb üzrə fəlsəfə doktoru Məhərrəm Niftullayev Azərbaycan Tibb Universiteti tibb elmləri doktoru Elman Vahabov Azərbaycan Tibb Universiteti tibb üzrə fəlsəfə doktoru Cavanşir Rəhimov Azərbaycan Tibb Universiteti tibb üzrə fəlsəfə doktoru Dəstə Qasımova Azərbaycan Tibb Universiteti
KİBER HÜCUMLARINA QARŞI MÜDAFİƏ VƏ FƏALLAŞDIRMA STRATEGİYALARI
Xülasə Müasir rəqəmsal dövrdə kiberhücumlar daha çox yayılmış və təhlükəli hala gəldi. Bu hücumlar fərdlərin, təşkilatların və hətta dövlətlərin təhlükəsizliyini təhlükə altına alaraq əhəmiyyətli maliyyə və nüfuz itki...
TURİZM VƏ REKREASİYA İMKANLARININ QİYMƏTLƏNDİRİLMƏSİ PROBLEMLƏRİ
Xülasə Turizm və istirahət bir çox ölkələrin iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edir, çünki onlar məşğulluq imkanları yaradır, gəlir gətirir və yerli inkişafa töhfə verir. Bununla belə, turizm və rekreasiya resu...
CƏNUBİ QAFQAZDA MÖVCUD OLAN ENERJİ LAYİHƏLƏRİ VƏ ONLARIN GEOSİYASİ ƏHƏMİYYƏTİ
Xülasə Cənubi Qafqaz regionunda Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan mühüm geosiyasi təsirlərə malik transformativ layihələrə rəhbərlik edərək qlobal enerji landşaftında əsas oyunçu kimi formalaşıb və bu...
Məhəmməd Tağı Sidqinin “Müxtəsər coğrafiya risaləsi” əsərində maraq doğuran terminlər
Xülasə Müxtəlif tarixi mərhələlərdə Azərbaycanda xalqımızın çeşidli yönlərdən, o cümlədən ana dili və maarif sahəsində inkişaf etməsi üçün çalışan çox sayda şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının ziyalıları, ixtis...
DÜZGÜN YAZI QAYDALARINA (ORFOQRAFİYA) YİYƏLƏNMƏYİN BAŞLICA ŞƏRTLƏRİ
Xülasə Düzgün orfoqrafiya və qrammatika standartlarına nail olmaq üçün dilimizi yaxşı qavramaq və onun əsasları öyrənmək üçün fədakarlıq tələb olunur. Hər şeydən əvvəl sözləri düzgün yaza bilmək onların fonetikasını h...