Məhəmməd Tağı Sidqinin “Müxtəsər coğrafiya risaləsi” əsərində maraq doğuran terminlər
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 10
Abstract
Xülasə Müxtəlif tarixi mərhələlərdə Azərbaycanda xalqımızın çeşidli yönlərdən, o cümlədən ana dili və maarif sahəsində inkişaf etməsi üçün çalışan çox sayda şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının ziyalıları, ixtisasından aslı olmayaraq, əsas fəaliyyət sahəsi ilə birlikdə ana dilinin inkişafı və saflığı uğrunda imkan daxilində və bacardıqları qədər mübarizə aparmış, bu baxımdan müəyyən qədər əmək sərf etmişlər. Belə ziyalılardan biri də maarifçi, şair, nasir və publisist, pedoqoji fikir tariximizdə müstəsna yeri və rolu olan Məhəmməd Tağı Sidqidir. Elmi üslub XIX əsr Azərbaycan ədəbi dilində tam şəkildə formalaşmamışdı. Ona görə də bu dövrdə meydana çıxan dilimizə aid elmi əsərlərdə, “Əkinçi” qəzetində dilimizin termin mənbələri ilə əlaqədar ciddi iş aparılırdı. M. T. Sidqinin Azərbaycan dilinin terminoloji sisteminin yaradılması sahəsində özünəməxsus rolu olmuşdur. M. T. Sidqi terminlərin işlədilməsinə diqqətlə yanaşmış, onların asan qavranılması üçün dilin bütün imkanlarından istifadə etmişdir. Ümumiyyətlə, o, həmvətənlərinin modernləşməsini zamanın tələbi olaraq görmüş, bu səbəbdən yeni nəsillərin elmi biliklərə yiyələnməsini vacib saymış, dünya elminə inteqrasiya üçün Azərbaycan dilinin terminlərlə zənginləşməsinə xüsusi önəm vermişdir. Təqdirəlayiq haldır ki, pedaqoq-şair termin yaradıcılığını, ilk növbədə, dilin öz daxili imkanları hesabına həll etməyə çalışmışdır.
Authors and Affiliations
Günay Ələkbərova
Ümumtəhsil məktəblərinin V siniflərində “Natural ədədlər. Say sistemləri. Çoxrəqəmli ədədlər” mövzusu üzrə materialların mənimsədilməsi texnologiyası
Xülasə Məqalədə ümumtəhsil məktəblərinin V siniflərində riyaziyyat fənninin məzmununda özünə yer alan “Natural ədədlər. Say sistemləri. Çoxrəqəmli ədədlər” mövzusu üzrə materialların tədrisi prosesində şagirdlərin sub...
Uşaqlarda nekrotik enterokolitin etiologiyası və yayılması
Xülasə Məqalədə uşaqlarda nekrotik enterokolitin etiologiyası və yayılmasına dair qısa məlumatlar verilmiş və son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübə paylaşılmışdır. Yenidoğulanlarda nek...
Milli mədəniyyətimizin və ədəbiyyatımızın müqəddəs ocağı - Şuşa
Xülasə İşlədiyim mövzu Şuşanın azad olunmasında Müzəffər Ali Baş Komandanımızın gərgin əməyi və ordumuzun qəhrəmanlığından bəhs edir. Qarabağın baş tacı Şuşa artıq azaddır. Şuşamızı addım-addım gəzərək bizə fəxarət bə...
HİMAYƏDAR AİLƏ VƏ ONUN HÜQUQİ ƏSASLARI
Xülasə Ailə hüququ — hüquq elminin bir qoludur. Hər bir hüquq sahəsi kimi, ailə hüququ özünün predmeti və hüquqi tənzimetmə metodu ilə səciyyələnir. Hüquq elmində hüquqi tənzimetmə dedikdə, hüquq normalarının (yuridik...
Diferensial operatorlar üçün spektral analizin düz və tərs məsələləri
Diferensial operatorlar üçün spektral analiz düz və tərs spektral məsələləri əhatə edir. Düz spektral məsələdə operatorun spektri və öz funksiyaları təyin edilir, tərs spektral məsələdə isə verilmiş spektral məlumatlarda...