HİMAYƏDAR AİLƏ VƏ ONUN HÜQUQİ ƏSASLARI
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 7
Abstract
Xülasə Ailə hüququ — hüquq elminin bir qoludur. Hər bir hüquq sahəsi kimi, ailə hüququ özünün predmeti və hüquqi tənzimetmə metodu ilə səciyyələnir. Hüquq elmində hüquqi tənzimetmə dedikdə, hüquq normalarının (yuridik normaların) köməyi ilə dövlətin ictimai münasibətlərə təsiri prosesi başa düşülür. Hüquqi tənzimetmənin predmetini hüquq normalarının müvafiq qrupu ilə təsbit edilən ictimai münasibətlərin müəyyən formasını təşkil edir. Hüquqi tənzimetmə metodu dedikdə, hüquq normalarının ictimai münasibətlərə təsir göstərməsi üsulu nəzərdə tutulur. Hüquqi tənzimetmə metodu imperativ və dispozitiv tənzimetmə metodlarına bölünür. İmperativ metod hüquq normaları ilə tənzim edilən ictimai münasibətlərin iştirakçısına hakimiyyətin təsir üsuludur. Dispozitiv metod isə bərabərhüquqlu tərəflər olan ictimai münasibətlər iştirakçıları arasında münasibətləri tənzimetmə üsuludur. Hüquq sahəsi olaraq ailə hüququ ictimai münasibətlərin müəyyən növünü – ailə münasibətlərini, yəni nikah faktından meydana gələn və ailəyə mənsub olan münasibətləri tənzim edir. Bununla əlaqədar, ailə hüquqi-tənzimetmə predmeti birincisi, öz məcmusunda həmin predmeti təşkil edən ictimai münasibətlərin ən mühüm xüsusiyyətləri və mahiyyətini açıqlamalı, ikincisi, göstərilmiş münasibətlərin iştirakçılarının ümumi xarakteristikasını özünə daxil etməlidir.
Authors and Affiliations
Məhəbbət Dəmirçiyeva, Mehin Musagil
MONGODB VERİLƏNLƏR BAZASININ TƏDQİQİ: SƏHİYYƏ MƏLUMATLARININ TƏCRÜBƏDƏ TƏTBİQİ VƏ AŞAĞI İNNOVATİV İDARƏETMƏ PROBLEMLƏRİ İLƏ MÜBARİZƏ
Xülasə Bu tədqiqat işi MongoDB verilənlər bazasının özündə cəmləşdirdiyi əsas xüsusiyyətləri araşdırır və onun müasir texnologiya dünyasındakı yerini müzakirə edir. O, sənəd yönümlü və ənənəvi verilənlər bazaları aras...
AZƏRBAYCANIN GƏLƏCƏK İQTİSADİ İNKİŞAFINDA ANTİDEMPİNQ, KOMPENSASİYA VƏ MÜHAFİZƏ TƏDBİRLƏRİ HAQQINDA QANUNVERİCİLİYİN ROLU
Xülasə Güclü və rəqabətədavamlı iqtisadiyyatın yaradılmasında ilkin amillərdən biri məhz bazar subyektlərinin fəaliyyətlərinin hüquqi əsasını, habelə onların hüquq və vəzifələrini tənzimləyən normativ bazanın olmasıdı...
THE ROLE OF AGRICULTURAL SECTOR IN THE DEVELOPMENT OF THE NETHERLANDS
The international trade in agricultural products and food products has grown enormously over the past 20 to 25 years, which was partly due to the reduction of import barriers and the harmonisation of trade rules within t...
DİL MATERİALININ EKSPERİMENTAL-FONETİK TƏHLİLİ
Elliptik söyləmlərin eksperimental-fonetik təhlili dialoji nitqin, birincisi, intonasiya modellərini müəyyənləşdirməyə, ikincisi, intonasiya və leksik-qrammatik xüsusiyyətlərini təyin etməyə, üçüncüsu, seçilmiş dil mat...
DIGITAL LEARNING INNOVATIONS
Abstract In recent years, there has been a lot of focus on digital learning, which is being used more and more to replace in-person instruction and distant learning. This essay describes digital learning at the outset...