ELEKTRON KOMMUNİKASİYA İŞGÜZAR ÜNSİYYƏTİN ƏSAS NÖVLƏRİNDƏN BİRİ KİMİ

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 3

Abstract

Xülasə Elektron kommunikasiya müasir dövrdə işgüzar kom­mu­­nikasiyanın qurulmasında əhəmiyyətli rol oynayır, onun ef­­fektiv inkişafını təmin edir. Ümumiyyətlə, kom­mu­ni­ka­si­ya­ların inkişaf tarixi üç bö­yük mərhələdən (bu mərhələləri kom­munikativ inqilab da adlandırmaq olar) keçmişdir: ya­zı­nın kəşf olunması; çap ma­şınının hazırlanması; elektron küt­ləvi medianın tətbiqi. İnternetin tətbiqi kom­mu­ni­ka­si­ya­nın inkişafında yeni mərhələ, nəhəng sıçrayış olmuşdur. Hal-ha­zır­da ümumdünya “informasiya toru” nə fiziki, nə coğrafi, nə administrativ, nə də senzura sərhədlərinə malik deyildir. Elek­tron poçt vasitəsilə ilk dəfə fayl mübadiləsi 1971-ci ilin okt­yab­­rında ABŞ-da R.Tomlinson tərəfindən həyata ke­­­çirilmişdir. İlk dövr­­­lərdə elektron kommunikasiya ABŞ-da sürətlə ya­yı­la­raq inkişaf etsə də, XXI əsrin əv­vəl­lə­rin­dən digər ölkələrdə onun inkişafı bəzən daha intensiv ol­muş­­­­dur. Belə ki 2001-ci ilin martında YUNESKO, Dünya ban­­­kı və Beynəlxalq Telekommunikasiya İttifaqının nü­ma­yən­­­dələrinin yekdil rəyinə əsasən, dünyanın ən in­for­ma­tiv­ləş­­­dirilmiş ölkəsi İsveç hesab edilmişdir. Onlar müxtəlif öl­kə­­­lərdə informasiyanın qəbul edilməsi imkanlarını araş­dı­ra­­­raq bu qənaətə gəlmişdilər. İkinci yerdə Norveç, üçüncü yer­­də Finlandiya, dördüncü yerdə isə ABŞ olmuşdur. Dün­ya üzrə İnternet-in ən yaxşı inkişaf etdiyi ölkələr İsveç, Sin­­­­­­qapur və Avstraliya, kompyuter infrastrukturunun in­ki­şa­­fına görə ilk yerdə ABŞ-dır. Azərbaycanda da elektron kommunikasiya işgüzar ünsiyyətin qurulmasında əvəzsiz rola malikdir, bu kommunikasiya formasına tələbat mütəmadi olaraq artmaqdadır. Elektron poçt öz üstünlüklərinə – gecə-gündüz əl­çatan ol­­masına, operativliyinə və istifadəsinin sadəliyinə gö­rə iş­gü­zar yazışmalarda özünə möhkəm yer tutmuşdur.

Authors and Affiliations

Sevinc Sadıqova

Keywords

Related Articles

AZƏRBAYCANDA BOLONYA PROSESİ: TƏLƏBƏYÖNÜMLÜ TƏHSİL

Tələbəyönümlü təhsil Bolonya prosesinin diqqət mərkəzində olan əsas məsələlərdən biridir. 2003-cü ildən bəri Berlin, Bergen, London və digər ölkə nazirləri konfranslarında bu məsələ müzakirə olunaraq ölkələrin tələbəyönü...

AZƏRBAYCANIN LEYŞMANİOZ OCAQLARININ ÖYRƏNİLMƏSİ DƏRƏCƏSİ

Məqalədə Azərbaycanın dəri leyşmaniozu və visseral leyşmaniozun keçmiş ocaqlarında bu xəstəliklərlə mübarizə məqsədilə onların epidemiologiyasına aid öyrənilən müxtəlif məsələlər göstərilmişdir. Həm sağlamlaşdırılmış,...

MÜƏSSİSƏLƏRDƏ AGİLE TRANSFORMASİYASININ TƏTBİQİ ÇƏTİNLİKLƏRİ VƏ HƏLL YOLLARI

Xülasə Agile metodologiyasının təcrübədə tətbiqi, idarəetmə, innovasiya və adaptasiya strategiya­larında dönüş yaradan bir yanaşma olaraq qəbul edilir. Digər bir tərəfdən Agile metodologiyasının tətbiqi, müəssisələrin...

CƏNUBİ QAFQAZDA MÖVCUD OLAN ENERJİ LAYİHƏLƏRİ VƏ ONLARIN GEOSİYASİ ƏHƏMİYYƏTİ

Xülasə Cənubi Qafqaz regionunda Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan mühüm geosiyasi təsirlərə malik transformativ layihələrə rəhbərlik edərək qlobal enerji landşaftında əsas oyunçu kimi formalaşıb və bu...

DÖVLƏT SATINALMALARI MÜQAVİLƏ HÜQUQU KONTEKSTİNDƏ

Xülasə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun) dövlət orqanları tərəfindən dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edir...

Download PDF file
  • EP ID EP748933
  • DOI 10.36719/2663-4619/100/32-37
  • Views 61
  • Downloads 0

How To Cite

Sevinc Sadıqova (2024). ELEKTRON KOMMUNİKASİYA İŞGÜZAR ÜNSİYYƏTİN ƏSAS NÖVLƏRİNDƏN BİRİ KİMİ. Scientific Work, 18(3), -. https://europub.co.uk./articles/-A-748933