İNSAN HÜQUQLARI HAQQINDA AVROPA KONVENSİYASININ 3-CÜ MADDƏSİNİN ÜMUMİ XARAKTERİSTİKASI

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 4

Abstract

Xülasə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi işgəncənin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qadağan edilməsinə zəmanət verir. İnsan hüquq və azadlıqlarını qoruyan Konvensiyanın əsas maddələrindən biridir və 3-cü maddədə deyilir ki, heç kəs işgəncəyə və ya qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Bu mühüm qayda insan hüquqlarının bölünməzliyini və universallığını müdafiə edir və onları fiziki və psixoloji zorakılığın bütün formalarından qoruyur. Bu maddə pozulduğu halda, şəxsin öz hüquqlarını qorumaq və təzminat almaq üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququ var. Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi insana qarşı işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanı qadağan edir. Məqalədə işgəncə və pis rəftardan müdafiə kontekstində dövlət və fərd arasında münasibətləri tənzimləyən əsas prinsiplər və normalar təsvir olunur. Bu maddənin pozulması hallarına və Avropa insan hüquqları sistemi çərçivəsində insan hüquqlarının müdafiəsi mexanizmlərinə baxılır. 3-cü maddənin milli hüquq sistemlərində və hüquq-mühafizə praktikasında tətbiqi zamanı yaranan əsas problemlər və çətinliklər araşdırılır. İnsan hüquqlarının müdafiəsi üzrə bu beynəlxalq sənədin səmərəliliyi və inkişafının gələcək perspektivləri ümumiləşdirilmiş formada təsvir edilir.

Authors and Affiliations

Afərim Həmzəyeva

Keywords

Related Articles

“RANSOMWARE” HÜCUMLARI KONTEKSTİNDƏ YOLUXMADAN SONRAKI BƏRPA STRATEGİYALARI

Xülasə Araşdırmada məqsəd ən çox yayılmış kiberhücum olan “ransomware” (fidyə proqramı) hücumundan qorunma yollarını göstərmək və əsasən yoluxmadan sonra məlumatların bərpası prosesini detaylı şəkildə nümayiş etdirmək...

MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MÜTƏHƏRRİK OYUNLAR VƏ YAŞ QRUPLARINDA ONLARIN TƏŞKİLİ

Xülasə Uşaqların hərtərəfli normal inkişafında mütəhərrik oyunların çox böyük əhəmiyyəti vardır. Buna görə də fiziki tərbiyə məşğələlərinin hamısına mütəhərrik oyunlar daxil edilməlidir. Xüsusən məktəbəqədər yaş dövr...

CURRENT PROBLEMS IN THE PROTECTION OF HUMAN RIGHTS IN THE CONTEXT OF CORPORATE SOCIAL RESPONSIBILITY

This article discusses the issue of protecting human rights in the context of corporate social responsibility. The author argues that although CSR has been recognized as an important concept, it is not always effectively...

LİZİNQ ƏMƏLİYYATLARININ UÇOTU

Xülasə Biznes sahəsi sayılan lizinq vacib əhəmiyyəti olan iqtisadi hadisədir. Məhz buna görə dünya kommersiya praktikasında “lizinq” terminindən geniş şəkildə istifadə edilir. Lizinqin əhəmiyyəti bununla müəyyən edili...

STRESSİN PSİXOLOJİ SAĞLAMLIĞA TƏSİRİ VƏ ONUNLA MÜBARİZƏ TƏDBİRLƏRİ

Xülasə Stress fiziki və zehni sağlamlığımıza mənfi təsir göstərən ümumi bir problemdir. Stressə müxtəlif amillər səbəb ola bilər, o cümlədən yanma sindromu, şəxsi problemlər, maliyyə, sağlamlıq problemləri, xroniki st...

Download PDF file
  • EP ID EP748660
  • DOI 10.36719/2663-4619/101/131-137
  • Views 60
  • Downloads 0

How To Cite

Afərim Həmzəyeva (2024). İNSAN HÜQUQLARI HAQQINDA AVROPA KONVENSİYASININ 3-CÜ MADDƏSİNİN ÜMUMİ XARAKTERİSTİKASI. Scientific Work, 18(4), -. https://europub.co.uk./articles/-A-748660