İNTERNET PROVAYDERLƏRİNİN YERLƏŞDİRİLƏN MƏZMUNA NƏZARƏTLƏ BAĞLI ƏSAS HÜQUQ VƏ AZADLIQLARLA ƏLAQƏSİ

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 4

Abstract

Xülasə Təqdim edilmiş məqalədə sosial şəbəkə provayderlərinin məzmun baxımından nəzarəti ilə əsas hüquq və azadlıqlar arasındakı əlaqə araşdırılaraq beynəlxalq aspektdə qiymətləndirilmiş, Azərbaycan qanunvericiliyindəki tənzimləmələr müzakirə edilmişdir. Burada bəhs edilən əsas hüquq və azadlıqlarla sosial şəbəkə istifadəsində paylaşılan məzmuna nəzarət arasındakı əlaqə müzakirə olunmuşdur. Əsas hüquq və azadlıqlar haqqında 1950-ci il Avropa Konvensiyası və Azərbaycan Respublikasının Konstitusiyasında təminat verilmiş sözügedən hüquqlar təhlil edilmiş, əsas hüquq və azadlıqların məzmun baxımından təsnifatı təhlil olunaraq, milli-hüquqi tənzimləmə üçün vacib olan redaktələrin məzmunu müəyyən olunmuş, normalarda olan çatışmazlıqlar aşkar edilmiş, onların aradan qaldırılmasına dair təkliflər təqdim olunmuşdur. Müdaxiləni tələb edən əsas hüquq və azadlıqlar qismində yaşamaq hüququ, şəxsi və ailə həyatına hörmət hüququ, ayrı-seçkiliyin qadağan edilməsi nəzərdən keçirilmişdir. Hüquq və azadlıqların məhdudlaşdırılmasını tələb edən əsas hüquq və azadlıqlar kimi isə fikir, vicdan və din azadlığı, toplaşmaq və birləşmək azadlığı, ifadə azadlığı təhlil edilmişdir. Sözügedən məqalədə sosial şəbəkə provayderlərinin istifadəçilər tərəfindən yerləşdirilən məzmunla bağlı məsuliyyət məsələsinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarları məlumat və ifadə azadlığı konteksində qiymətləndirilmişdir.

Authors and Affiliations

Aysel Mürşüdlü

Keywords

Related Articles

XARİCİ İQTİSADİ ƏLAQƏLƏRDƏ GÖMRÜK NƏZARƏTİ VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ

Xülasə Daim dəyişib inkişaf edən dünyada beynəlxalq münasibətlərin rolu böyükdür. Xarici əlaqələr, əsasən dünyanın inkişaf etmiş ölkələri ilə qarşılıqlı əlaqədə inkişaf edir və canlanır. Xarici iqtisadi əlaqələrin ink...

COVID-19 QLOBAL SƏVİYYƏDƏ JURNALİSTLƏRİN ROLUNU NECƏ ORTAYA QOYDU

Məqalə COVID-19 zamanı jurnalistlərin fəaliyyətinin önəminə həsr edilmişdir. Burada COVID-19 pandemiyasının dünya ölkələri üzərində yaratdığı təsirlər, COVID-19-un səhiyyə təhlükəsizliyi problemini ortaya çıxarması koron...

MONOETNİK DÖVLƏTÇİLİYƏ ALTERNATİV OLARAQ MULTİKULTURAL TƏHLÜKƏSİZLİK

Xülasə Monoetnik dövlətçilik, əsasən bir etnik və ya mədəni qrupa əsaslanan dövlət və ya mədəniyyət modelidir. Bu, həmin etnik və ya mədəni qrupun digər qrupların önündə üstünlüyünə vurğu edir və buna görə də müxtəlif...

MÜXTƏLİF DƏYİŞƏNLƏRİN İNKLÜZİV TƏHSİLƏ OLAN MÜNASİBƏTƏ TƏSİRİNİN AZƏRBAYCAN KONTEKSTİNDƏ TƏHLİLİ

Xülasə Azərbaycanda inklüziv təhsil məsələsinə dair hələ də fikir müxtəlifliyi mövcuddur. Bir çox insan bu anlayışın tam mənasını dərk etmir. Bu da hətta bəzən onların inklüziv təhsil yanaşmasına qarşı çıxmasına gətir...

RİYAZİYYAT DƏRSLƏRİNDƏ ŞAGİRDLƏRİN BURAXDIĞI TİPİK SƏHVLƏR

Xülasə Məlumdur ki, bir qaydan‎ dərk etmək, düsturu öyrənmək müəyyən çətinliklər yaradır, onlar‎ tətbiq etmək yaddan çıxır. Bu mənada həllin tap‎lması və əsaslandırılması üçün qaydanı bilmək lazımdır. Lakin ‏şagirdlər...

Download PDF file
  • EP ID EP748639
  • DOI 10.36719/2663-4619/101/234-240
  • Views 41
  • Downloads 0

How To Cite

Aysel Mürşüdlü (2024). İNTERNET PROVAYDERLƏRİNİN YERLƏŞDİRİLƏN MƏZMUNA NƏZARƏTLƏ BAĞLI ƏSAS HÜQUQ VƏ AZADLIQLARLA ƏLAQƏSİ. Scientific Work, 18(4), -. https://europub.co.uk./articles/-A-748639