Laçın şəhərində “Ağıllı kənd” layihələrində günəş enerjisindən istifadənin tədqiqi
Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 3
Abstract
Bu məqalədə Laçın şəhərində həyata keçirilən ağıllı kənd layihələrində günəş enerjisindən istifadənin imkanları və səmərəliliyi tədqiq olunur. Ağıllı kənd konsepsiyası müasir texnologiyaların və bərpa olunan enerji mənbələrinin kənd təsərrüfatında və məişətdə tətbiqi ilə dayanıqlı inkişafı hədəfləyir. Laçın şəhərinin coğrafi və iqlim şəraiti günəş enerjisinin istifadəsi üçün əlverişli imkanlar yaradır ki, bu da alternativ enerji mənbələrinin inkişafını zəruri edir. Tədqiqatın əsas məqsədi Laçında günəş enerjisinin tətbiq sahələrini, potensialını və səmərəliliyini araşdırmaqdır. Bunun üçün elmi mənbələrdən, hesabatlardan və layihə sənədlərindən istifadə olunmuş, həmçinin günəş enerjisi potensialı GeoTSol proqramı vasitəsilə qiymətləndirilmişdir. Bundan əlavə, Laçın şəhərinin enerji tələbatı, mövcud infrastruktur və alternativ enerji sistemlərinin tətbiq imkanları təhlil edilmişdir. Məqalədə günəş kollektorları və istilik nasoslarının inteqrasiyası ilə enerji səmərəliliyinin artırılması yolları göstərilmişdir. Günəş enerjisinin yetərsiz olduğu hallarda digər alternativ enerji mənbələri ilə dəstək mexanizmləri təhlil edilmişdir. Həmçinin, məkan isitmə və isti su təchizatı üçün günəş enerjisindən istifadənin ekoloji və iqtisadi üstünlükləri vurğulanmışdır.
Authors and Affiliations
Sevinc Babayeva, Fərid Əliyev
ENDOCRINOLOGICAL CHANGES IN THE ORAL CAVITY DURING PREGNANCY: PATHOLOGICAL PHYSIOLOGY
Some striking observations have now been made about the role of sex hormones in the development of pathologic changes in the gingiva. It has been known for a long time that sex hormones contribute to the vascular changes...
CRYPTOCURRENCY AS COLLATERAL: UNDER US LAW
With the development of technology, the attractiveness of the digital tools, such as cryptocurrencies is also increasing. Increase in the number of cryptocurrency owners leads to the debates on what type of property cryp...
XX ƏSR MEMARLIĞI, DÖVRÜN TANINMIŞ MEMARLARI
Xülasə XX əsrdə Azərbaycan memarlığı daha da inkişaf etməyə başladı. Azərbaycan memarlığında yeni bir mərhələ başladı. Milli memarlıq ənənələri Avropa üslubu ilə birləşərək əzəmətli və möhtəşəm abidələr ərsəyə gətirdi...
AUDİT FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİNİN HÜQUQİ-NORMATİV ƏSASLARI
Xülasə Bazar münasibətlərinə keçidlə Azərbaycan Respublikasında müstəqil auditor xidmətinin formalaşması prosesi başlanmışdır. Bu prosesin əsasını etibarlı maliyyə və uçot informasiyalarına dövlətin, müəssisə rəhbərlə...
TORCH – İNFEKSİYALARIN KLİNİK-EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ
Xülasə TORCH-infeksiyalara aiddir: T – toksoplazmoz (Toxoplasmosis); O – other və digər infeksiyalar; mikoplazmoz, xlamidioz, ureaplazmoz, B və C hepatitləri, listerioz, sifilis və s.; R – məxmərək (Rubella); C – sito...