Məmməd Araz yaradıcılığında Azərbaycançılıq ideologiyası
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 9
Abstract
Xülasə Məqalədə Xalq şairimiz Məmməd Arazın mənsub olduğu xalqa dərin məhəbbəti, vətənpərvərlik ideyaları fonunda Azərbaycançılıq ideologiyasının mühüm aspektləri işıqlandırılmışdır. Azərbaycanın poetik dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirmək şairin yaradıcılıq qayəsi, vətəndaşlıq məramı kimi dəyərləndirilmişdir. M. Araz yaradıcılığının əsasını, başlıca ideyasını vətənə sədaqət və xalqa dərin məhəbbət təşkil edir. Şair üçün Vətən – doğma ata ocağı, el-oba qədər əzizdir. Vətən vüqarlı dağlar, bar-bərəkətli torpaqlar, gur suları torpaqların bağrını sərinlədən Kür, Arazdır. Xalqını dərin məhəbbətlə sevən şairin əsərlərini oxuduqca gözlərimiz önündə bütöv Azərbaycanın ən kamil, bitkin, dolğun poetik obrazı canlanır. Millilik və müstəqillik, azadlıq düşüncəsinin ayıq, fəal vətəndaşlıq mövqeyinin şeirdə bənzərsiz ifadəsi Məmməd Araz sənətinin mayasını, cövhərini təşkil edir desək, yanılmarıq. O, sözün həqiqi mənasında böyük istiqlal şairidir. Xalqın milli birliyi, mənəvi bütövlüyü, azadlıq yanğısı M. Araz şeirinin əsas ilham qaynağı kimi diqqətimizi çəkir. Bəzi məqamlarda şairin poeziyası Azərbaycan tarixinin bugünkü gənclik üçün qaranlıq qalan məqamlarına işıq salan poeziyadır.
Authors and Affiliations
Qərənfil Rzayeva
«Tarek Younis: “The Muslim, State, and Mind: Psychology in Times of Islamophobia”» - Book Review and Comments
This reading note, presentation and comments focus us on how knowledge is built in the social sciences, taking into account both cognitive and social factors. Clinical psychology focuses on mental health disorders and pr...
İNGİLİS DİLİNDƏ ALINMA İFADƏLƏR VƏ ONLARIN BƏZİ XÜSUSİYYƏTLƏRİNƏ DAİR
Xülasə Məqalədə ingilis dilində istifadə edilən sözlər və ifadələr analizə cəlb edilmişdir. Məqalədə bir çox dillərdən, fransız, latın, ispan, alman, italyan dillərindən keçmiş alınma ifadələr analiz edilərək, tərcümə...
Dövlətçilik və hərb tarixinin kratoloji platformasında fərd anlamının sosial-psixoloji konyukturası
Xülasə Məqalədə fərd anlayışının rəhbər olaraq özündə birləşdirən konsepsiyaları ətrafında diferensial təhlillər aparılmışdır. Rəhbərlik metamodelinin əsas tələblərindən dördü (fərdi xarakter, müdriklik, natiqlik, lid...
MÜXTƏLİFSİSTEMLİ DİLLƏRDƏ QRAMMATİK ANOMALİYALAR
Xülasə Tipoloji və genetik münasibətdə bir-birinə ən uzaq müxtəlif dillərə aid faktların müqayisə edilməsi təcrübəsi göstərir ki, bu dillərdə eyni və oxşar hadisələr mövcuddur. Dillərin bu yöndə müqayisəli öyrənilməsi...
Xarici siyasətdə mədəniyyət amili
Dövlətlərarası əlaqələrin həyata keçirilməsi beynəlxalq münasibətlərin inkişafı ilə müxtəlif aspektləri özündə birləşdirməyə davam edir. Hal-hazırda qloballaşma fenomeninin təsiri, KİV-lərin inkişafı ilə dünya dövlətləri...