Milli teatrımızın estetik təzahürü: İsmayıl Hidayətzadə

Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 3

Abstract

İsmayıl Hidayətzadə, Azərbaycan teatr sənətinin inkişafında mühüm rol oynayan görkəmli ak­tyorlardan biri olmuşdur. 1920-1930-cu illərdə onun yaradıcılığı Azərbaycan səhnə sənətinin forma­laşmasında əhəmiyyətli mərhələyə çevrilmişdir. O, dövrün tanınmış dramaturqlarının əsərlərində unudulmaz obrazlar yaratmış, realist aktyor oyun tərzi və dərin psixoloji yanaşması ilə tamaşa­çıların rəğbətini qazanmışdır. Hidayətzadənin aktyorluq istedadı, xüsusilə, klassik və müasir Azərbaycan dramaturgiyası nümunələrində özünü göstərmiş, o, M.F. Axundzadə, C. Cabbarlı və digər dramaturqların pyeslərində yaddaqalan rollar ifa etmişdir. Onun səhnədəki ustalığı teatr sənətinin modernləşməsinə və peşəkar aktyorluq məktəbinin inkişafına töhfə vermişdir. Məqalədə, sənətkarın yaradıcılıq metodlarına, həmin dövrdə teatr sənətinə gətirdiyi yeniliklərə, onun aktyorluq məharətinin xüsusiyyətlərinə və Azərbaycan teatrında ərsəyə gətirdiyi bir çox obrazların təhlilinə yer verilib.

Authors and Affiliations

Şövkət Rəhimova

Keywords

Related Articles

Əməyin mühafizəsinin təşkili, motivasiya idarəetmə mexanizmi və stimullaşdırmanın əsas aspektləri

Xülasə Məqalədə qeyd olunur ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkədə insan hüquqlarını ən üst səviyyədə müdafiə etməyə yönəlmiş və özündə bu hüquqları təsbit edən islahatlara başlanıldı. Çağd...

HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCAN RESPUBLİKASININ QURUCUSU VƏ BÖYÜK MEMARI

Məqalədə tarix səhnəsində iz buraxan qüdrətli şəxsiyyət cənab Heydər Əliyevin illər ərzində formalaşan dövlətçilik praktikasının inzibati amirlik sistemindən bazar iqtisadiyyatına keçid prosesinində düzgün qərarların qəb...

Alman maarifçi mütəfəkkirləri və onların klassizmə qarşı mübarizəsi

Xülasə Müəllifin qeyd etdiyi kimi, maarifçilik dövrü Avropada burjua inqilablarına hazırlıq dövrü, feodal quruluşuna və onun ideologiyasına qarşı mübarizə dövrü kimi başa düşülür. Bütün ölkələrdə maarifçi mütəfəkkirlə...

MƏNŞƏYİ MƏLUM OLMAYAN QIZDIRMA HAQQINDA

Qızdırma müxtəlif pirogenlərə, o cümlədən infeksion xəstəliklərin törədicilərinə qarşı orqanizmin qeyri-spesifik müdafiə reaksiyası olsa da, onun çox yüksək dərəcələrə qalxması (hiperpireksiya) və xüsusilə uzun müddət da...

“Yetkin fərd” strukturunun təlim-tədris fonunda formalaşmasında ailə, məktəb və dövlət modelinin sinenergetik alqoritmi

Xülasə Məqalədə fərdin formalaşmasında səciyyəvi rol oynayan bir neçə faktorlar təhlil olunmuşdur. Elmi, fəlsəfi, ədəbi, psixoloji və digər nəsnələrə istinad olunmaqla bilavasitə ailə, məktəb və dövlət modeli ətrafınd...

Download PDF file
  • EP ID EP763325
  • DOI 10.36719/2663-4619/112/96-100
  • Views 11
  • Downloads 0

How To Cite

Şövkət Rəhimova (2025). Milli teatrımızın estetik təzahürü: İsmayıl Hidayətzadə. Scientific Work, 19(3), -. https://europub.co.uk./articles/-A-763325