MİLLİ TƏHLÜKƏSİZLİYİN TƏMİN OLUNMASINDA GEOİNFORMASİYA TEXNOLOGİYALARININ TƏTBİQİ (ARCGİS PROQRAM TƏMİNATI NÜMUNƏSİNDƏ)
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 5
Abstract
Xülasə Məqalədə geoinformasiya texnologiyaları (GİT) və coğrafi informasiya sistemləri (CİS) anlayışları, yaranması və inkişafının qısa tarixi, geoməkan məlumatlarının fərqli sahələrdə emalı mərhələlərinin xüsusiyyətləri, GİT-in digər texnologiyalarla müqayisədə əsas üstünlüklərindən olan geoinformasiya bazası əsasında yaradılmış rəqəmli xəritələrin imkanları araşdırılmışdır. Bundan başqa, zamana əsaslanan geoinformasiya texnologiyaları, relyasiyalı verilənlər bazası, GİT-in ənənəvi Məlumat Bazasını İdarəetmə Sistemlərindən üstün cəhətləri, infrastruktur layihələrində mütəxəssislərə qazandırdığı üstünlüklər, bu texnologiyalar vasitəsi ilə atributiv məlumatların qrafik obyektlərlə əlaqələndirilməsi, onların epidemiologiya, ekologiya, hərbi və digər sahələrdə tətbiqi, ArcGİS proqram təminatı nümunəsində milli təhlükəsizliyin təmin olunmasında tətbiqi məsələləri, müxtəlif qurumların birgə əsaslandırılmış qərar qəbul etməsində operativ məlumatların hazırlanması və qarşılıqlı fəailiyyəti, milli təhlükəsizliyin ənənəvi aspektlərinin CİS mühitinə inteqrasiya edilməsi, təşkilat daxilində digər sistemlərdən və xarici sistemlərdən məlumatların qəbul edilməsi, GİT-in aparıcı proqram təminatı istehsalçısı olan Esri şirkətinin məhsulu ArcGis platformasının milli təhlükəsizliyin təmin olunmasında icra etdiyi konkret tapşırıqlar, qurumlararası əməkdaşlıq və kəşfiyyat məlumatlarının mübadiləsi, istənilən qurğuda və şəbəkədə işləyən geoməkan məlumatları tətbiqləri, istənilən məkan (ofis, ərazi) və şəraitdə (çətin hava şəraiti və ya relyef formasına malik ərazilər) tətbiqinin xüsusiyyətləri, Arcgis platformasının müxtəlif tətbiqlərdə, təşkilat qruplarına və iş proseslərinə konfiqurasiya edilə bilmə imkanları təhlil edilərək bu texnologiyaların milli təhlükəsizliyin təmin olunması üzrə mühüm vəzifələri icra edən bütün qurumların işlərində istifadəsinin zəruriliyi əsaslandırılmışdır.
Authors and Affiliations
Rauf Nuhov
AZƏRBAYCAN ORTA MƏKTƏBLƏRİNDƏ DİSTANT TƏHSİLİN İDARƏOLUNMASINDA DƏYİŞƏN PERSPEKTİVLƏR
Təqdim olunan məqalə Azərbaycanda ümumi təhsil məktəblərində distant təhsil sahəsində problemlərin aradan götürülmüəsi sahəsində müasir perspektivlər və yeni modellərin öyrənilməsindən bəhs edir. Məlumdur ki, distant təh...
EU-AZERBAIJAN RELATIONS, ENERGY AND ARMENIA-AZERBAIJAN CONFLICT
Abstract Azerbaijan's relations with the European Union (EU) have developed progressively since the beginning of bilateral cooperation in the early 1990s. Since then, both sides have engaged in political discourse, co...
MAHMUD KAŞĞARİNİN “DİVAN”INDA SÖZLƏRİN TARİXİ ÇOXMƏNALILIĞI
Çağdaş dövrdə olduğu kimi, qədim dövrlərdə də sinonimlik, antonimlik, omonimlik polisemiya ilə bağlı hadisədir. Mahmud Kaşğarinin “Divan”ında çoxmənalılığa xidmət edən leksik-semantik söz qruplarının əmələgəlmə yolları r...
ABDULLA ŞAİQİN MƏNZUM HEKAYƏLƏRİNİN FOLKLOR QAYNAĞI
Xülasə Uşaq ədəbiyyatının inkişaf tarixində Abdulla Şaiqin xüsusi yeri və məqamı vardır. Yüksək sənət intelleksiyası sərgiləyən poetik örnəkləri yüz ildən çoxdur ki, uşaqların mənəvi dünyasının ifadə örnəyi olaraq dil...
TERROSIM IN MODERN WORLD: A HISTORICAL PRESPECTIVE
Abstract Terrorism, a persistent and evolving threat, continues to challenge global security in the 21st century. This article explores the historical roots of terrorism, tracing its evolution and examining contempora...