Naxçıvan musiqi folklorunun özünəməxsus cəhətləri
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 8
Abstract
Xülasə Naxçıvan – yaşı min illərlə ölçülən çoxəsrlik tarixə, zəngin maddi və mənəvi mədəniyyətə, bəşər tarixinin ilk dövrlərinə və sonrakı yüzilliklərə aid özünəməxsus arxeoloji və etnoqrafik abidələrə malik olan qədim Azərbaycan diyarıdır. Naxçıvan əsrlər boyu özünün zəngin təbii sərvətləri, heyrətamiz, gözəl və saf təbiəti, şəfaverici suları və bitkiləri ilə şöhrət qazanmışdır. Naxçıvan, eyni zamanda, Qədim və Orta əsrlərdə elmin, mədəniyyətin və incəsənətin bütün sahələri üzrə bəşəriyyətə böyük şəxsiyyətlər, yaradıcı dahilər bəxş etmiş bir məkandır. Azərbaycanın ayrılmaz parçası olan bu qədim diyarın elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin yaratdığı qiymətli elmi, mədəni, ədəbi dəyərlər, maddi-mənəvi abidələri, o cümlədən, xalq yaradıcılığı, aşıq və muğam sənəti bütün Şərq mədəniyyətini zənginləşdirmiş və inkişaf etdirmişdir. Naxçıvanda görkəmli rəssamlar, memarlar və şairlər ilə yanaşı, rəqs sənətinin biliciləri, peşəkar muğam ifaçıları və ustad aşıqlar yaşayıb-yaratmışlar. Naxçıvanda fəaliyyət göstərən ədəbi mühitlərdə, musiqili-poetik məclislərdə, ənənəvi bayram mərasimlərində rəqqaslar, xanəndə və sazəndələr də fəal iştirak etmiş, daim muğamlar, təsniflər, xalq mahnıları səsləndirmişlər. Naxçıvan çox zəngin folklor mühitinə və ənənələrinə malikdir. Bu diyarın, demək olar, hər bir bölgəsi özünəməxsus folklor janrları, folklor-ifaçılıq ənənələri ilə seçilir. Naxçıvanın qədim yallı janrının ən çox yayıldığı region olması faktı da artıq elmi dəlillərlə təsdiqini tapmışdır.
Authors and Affiliations
Amil Əsgərov Naxçıvan Dövlət Universiteti pedaqogika üzrə fəlsəfə doktoru
KƏND TƏSƏRRÜFATINDA BİOLOJİ PREPARATLARIN İSTİFADƏ PERSPEKTİVLƏRİ
Xülasə Kənd təsərrüfatının inkişafı nəticəsində yaranan aqroekosistemlər insan və təbiət əməyinin birgə məhsuludur. Aqroekosistemlərin xarakteri və onların məhsuldarlığı təbii şəraitdən asılı olmaqla yanaşı, eyni zama...
MALİYYƏ QURUMLARININ İFLASI ANLAYIŞI VƏ İQTİSADİYYATA TƏSİRLƏRİ
Xülasə Məqalədə maliyyə institutları üçün iflas anlayışı və onun daha geniş iqtisadi nəticələri araşdırılır. Bu, təşkilatların maliyyə öhdəliklərini yerinə yetirə bilmədikdə, aktivlərin qiymətləndirildiyi və ödənilməm...
Phraseologisms as an object of Linguistic Research
Abstract This article examines phraseological units that reflect the national and cultural identity of the English people. The relevance of the work is related to the endless interest of modern linguists in the proble...
Cümlədə söz sırası sintaktik təkamülün aspektlərindən biri kimi
Xülasə Məqalədə Azərbaycan dilində cümlədə söz sırası ilə bağlı məsələlər qohum və qohum olmayan dillərlə müqayisə və qarşılaşdırma yolu ilə araşdırılır. Məlum olduğu kimi, türk dillərində, o cümlədən Azərbaycan dili...
UŞAQ BEŞİKLƏRİNİN ESTETİK VƏ FUNKSİONAL TƏLƏBLƏRİ
Xülasə Körpələr üçün nəzərdə tutulmuş beşik, həm körpələrin təhlükəsizliyini təmin etməli, həm valideynlər üçün əlverişli olmalı, həm də estetik və funksional tələblərə cavab verməlidir. Təqdim edilmiş məqalədə uşaq b...