Orta Dəhlizin Cənubi Qafqaz regionu üçün geosiyasi əhəmiyyəti

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 9

Abstract

Xülasə Tarixən Cənubi Qafqaz böyük imperiyalar və ticarət yolları arasında açar əlaqə rolunu oynayan rəqabətcil bölgə olmuşdur. Regionun bu irsi bu gün də davam edir, çünki Orta Dəhliz Rusiyadan keçən Şimal Dəhlizi və ya beynəlxalq dəniz nəqliyyat marşrutu kimi qlobal ticarətin əsas logistika damarlarını təşkil edən yollara alternativ təklif edərək qədim ticarət yollarını canlandırır. Çinin “Kəmər və Yol Təşəbbüsü”nün vacib istiqamətlərindən birini təşkil edən Orta Dəhliz həm də Cə­nubi Qafqazın Avropa və Asiya arasında strateji tranzit qovşağı kimi mövqeyini də möhkəm­ləndirir. Bölgənin əhəmiyyəti təkcə coğrafiyasında deyil, həm də resurslarında və iqtisadi inteq­rasiya potensialındadır. Beləliklə, Orta Dəhliz Avropa və Asiyanı birləşdirməklə, regional əmək­daşlığı inkişaf etdirməklə və enerji tranzit marşrutlarını şaxələndirməklə Cənubi Qafqazın geo­siyasi mənzərəsinə əsaslı dəyişikliklər vəd edir. Bu məqalə qlobal geosiyasətin daha geniş kon­tekstində Orta Dəhlizin Cənubi Qafqaz üçün təsirlərini qiymətləndirərək onun strateji aspektlərini tədqiq edir. Tədqiqat işində analiz, sintez, induksiya və müqayisəli təhlil metodlarından istifadə edilmişdir.

Authors and Affiliations

Ağalar Ağalarlı

Keywords

Related Articles

BƏDİİ DİSKURSDA DİNİ METAFORALAR

Xülasə Bədii mətn bədii diskursun əsasını təşkil edir. Bədii nitqin yaranması prosesi digər nitq növləri ilə müqayisədə müəyyən fərqli cəhətə malikdir. Onun yaradıcısı yazıçı və ya şairdir. Bədii diskursda kommunikati...

İNGİLİS DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ ZAMANI İDİOMLARIN TƏRCÜMƏ PRİNSİPLƏRİ

Xülasə Tərcümə dünyа milli mədəniyyətinin mütərəqqi inkişаf mərhələsinə yахındаn təsir göstərən, оnun аyrılmаz və inkаrеdilməz zəruri şахələrindən biridir. Dünyа miqyаsındа еlə bir ölkəyə, milli ədəbiyyаtа, dilçiliyə...

Qədim Alban məbədində (Govurqala) erməni saxtakarlığı

Qafqaz mədəniyyətləri içərisində Azərbaycanda qorunub saxlanan qədim Alban dövlətinin özünəməxsus təkrarolunmaz maraqlı mədəniyyəti, incəsənəti həmişə diqqət mərkəzində olmuşdur. Ancaq bədnam qonşumuz ermənilər daim bizi...

Mollanəsrəddinçi şair Mirzə Məhəmməd Axundov

Xülasə XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ictimai, mədəni, ədəbi-bədii mənzərəsinin daha dərindən və əhatəli şəkildə mənimsənilərək dərk edilməsi naminə Mirzə Məhəmməd Axundovun həyat, fəaliyyət və ədəbi-bə...

XARİCİ DİL ÖYRƏNMƏDƏ GENDER FƏRQLƏRİ

Xülasə Bu məqalədə yeni dil əldə edilməsində, onun inkişaf etdirilməsində, qavranılmasında və istifadə edilməsində gender fərqləri, eyni zamanda qadın və kişilərin beyin funksiyaları ilə bağlı müddəalar öz əksini tapm...

Download PDF file
  • EP ID EP747431
  • DOI 10.36719/2706-6185/39/31-35
  • Views 38
  • Downloads 0

How To Cite

Ağalar Ağalarlı (2024). Orta Dəhlizin Cənubi Qafqaz regionu üçün geosiyasi əhəmiyyəti. Ancient Land, 6(9), -. https://europub.co.uk./articles/-A-747431