ORTA ƏSR AZƏRBAYCAN MEMARLIĞININ ORNAMENTAL HƏLLİ

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 5

Abstract

Xülasə Orta əsr Müsəlman Şərq intibahı dövründə tikilən memarlıq əsərlərinin bütün quruluşlarının araşdırılmasında riyazi sübut dayanır. Bu elmin doğruluğunu təsdiq etmək etmək üçün tədqiqatlar aparılmışdır. Gümana söykənən və ya ənənəvi tikililər inşa edilməmişdir. Məqalədəki araşdırmanın məqsədi dövrün sənətlərində dekorativliyə və simvolizmə olan güclü tələbatın kökünün nədən ibarət olduğunu aydınlaşdırmaq və müasir dövrdə ornamental nəzəriyyə ilə əlaqəsini göstərməkdən ibarətdir. Tədqiqatın əsas məqsədi memarlıqda dekorativliyin və simvolizmin köklərini aydınlaşdırmaq və onun müasir dekorativ nəzəriyyədən təsirlərini göstərməkdir. Bu məqsədlə qədim türk sənətinin mənbəyi olan “Heyvan üslubu” və onun İslam dinini qəbul etdikdən sonra türk sənətinin formalaşmasına təsiri araşdırılmış və aydınlaşdırılmışdır. Tədqiqatlar göstərir ki, Orta əsr müsəlman intibahı dövründə memarlıq dekorunda görünməmiş bolluqla istifadə olunan həndəsi naxışların mənşəyi qədim türk sənətində “Heyvan üslubu” ilə bağlıdır. “Heyvan üslubu” türklərin içində olduğu birliklərin tətbiqi sənət tərzidir. Ən erkən nümunələri bir-biri ilə mübarizə edən heyvanlar və insan-heyvan mübarizələri səhnələridir. Bu üslubunun yaranması ən erkən dövrlərdən etibarən qayalar üzərində həkk olunan heyvan rəsmləri ilə əlaqədardır. Birdən-birə meydana çıxmayan, zaman-zaman formalaşan dini inanc və anlayışlara dayanan bir sistemə əsaslanan, Şamanizmidən qaynaqlanan, bu üslub eyni zamanda mifologiya və kosmologiya ilə bağlıdır. “Heyvan üslubu” nun Azərbaycan ərazisində e.ə. V-IV minillikdə yaranan daha qədim və daha zəngin örnəklərini özündə etiva edən “Qobustan” və “Gəmiqaya” qayaüstü təsvirlərindən qaynaqlandığını göstərir. Məqalədə Hərrəqan məqbərəsinin (1067) dekorativ fraqmentinin strukturu tədqiq edilmiş və əyani faktların köməyi ilə düzgünlüyü təsdiq edilmişdir.

Authors and Affiliations

Qadir Əliyev, Siddiqə Hacıyeva

Keywords

Related Articles

İnteqralın kimyaya tətbiqi

O, elmin ki, riyaziyyatla əlaqəsi yoxdur və oraya riyazi elmlərdən birirsi tətbiq oluna bilməz, onda o elmdə heç bir dəyişiklik edilə bilməz. Xülasə Məqalədə riyazi analizin əsas bölmələrindən olan inteqral...

Büdcə daxilolmalarında vergitutma və auditin inkişaf istiqamətləri

Məqalədə müasir şəraitdə vergitutma və auditin inkişaf istiqamətlərindən bəhs edilir. Son illər ölkəmizdə beynəlxalq təcrübəyə əsaslanan müasir vergitutma sahəsində aparılan davamlı iqtisadi islahatlar çox məqsədəuyğu...

FİKİR VƏ SÖZ AZADLIĞI İNFORMASİYA ƏSRİNDƏ YENİ TƏHLÜKƏLƏR VƏ İMKANLAR

Xülasə Hüquqi baxımdan, informasiya əsrində fikir və ifadə azadlığı həm yeni təhlükələrlə, həm də imkanlarla üzləşir. Rəqəmsal inqilab fərdlərə ifadə azadlığını əvvəlkindən daha sərbəst şəkildə həyata keçirməyə imkan...

RİYAZİYYATIN TƏDRİSİ METODİKASININ PREDMETİ, VƏZİFƏLƏRİ VƏ METODLARI

Xülasə Riyaziyyat (yunanca, mathema, “bilik, elm, öyrənmək) - ədədlər (hesab və ədədlər nəzəriyyəsi), düsturlar və əlaqəli strukturlar (cəbr), fiqurlar və fəzalar (həndəsə), kəmiyyətlər və onların dəyişmələri (riyazi...

Первичные количественные изменения гемоглобина и тромбоцитов под воздействием гипокинезии на различных этапах пренатального развития

Изучено влияние фактора гипокинезии на основные гематологические показатели крови крольчих на разных сроках беременности (эмбриональный период Е0-Е10, фетальный период Е10-Е20, период плода Е20-Е30). Полагают, что ограни...

Download PDF file
  • EP ID EP748569
  • DOI 10.36719/2789-6919/33/29-36
  • Views 56
  • Downloads 0

How To Cite

Qadir Əliyev, Siddiqə Hacıyeva (2024). ORTA ƏSR AZƏRBAYCAN MEMARLIĞININ ORNAMENTAL HƏLLİ. Scientific Research, 4(5), -. https://europub.co.uk./articles/-A-748569