“Qara” arxaik komponentli toponimlər leksik-semantik müstəvidə
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 9
Abstract
Xülasə Məqalədə Azərbaycan toponimiyasında “qara” arxaik apelyativli Qarayazı, Qarabağlar, Qarabağlı və Qarabağlılar toponimlərinin leksik-semantik, etimoloji təhlilindən bəhs olunur. Azərbaycan ərazisində Qarabağ, Qarabağlar və Qarabağlılar toponimlərinin paralelləri geniş arealda yayılmışdır. Qarayazı Göyçay, Qazax və Ağstafa rayonları ərazisində qeydə alınmış toponimlərdən biridir. Ümumiyyətlə, “qara” arxaik apelyativi əsasında yaranmış toponimlərin I komponenti qara sözünün mənası haqda Azərbaycan dilçiliyində müxtəlif mülahizələr mövcuddur. Qara sözü qədim türk dillərində “rəng”, “sadə”, “ibtidai”, “sıravi”, “zülmət”, “tutqun”, “torpaq”, “təpəlik”, “dağlıq”, “yer”, “kütlə”, “camaat”, “mal-qara”, “pis ruh”, “sıx, keçilməz”, “qatı”, “bədbəxt”, “böyük, iri, nəhəng, əzəmətli”, “qüvvətli, igid, cəsur” və s. mənalarında işlənmişdir. Tərkibində “yazı” komponenti olan həm makro, həm də mikrotoponimlər Azərbaycan ərazisində geniş yayılmışdır. Qarayazı toponiminin də II komponenti yazı sözü qədim türk dillərində “çöl, geniş düzən yer” mənalarınada işlənmişdir. “Çöl, düzən yer” anlamında işlənən yazı sözü Müasir Azərbaycan ədəbi dilində düz termini ilə əvəz olunaraq, ərazinin relyef formasını bildirməkdədir.
Authors and Affiliations
İradə Kərimova
POEZİYA MƏTNLƏRİNİN SİNTAKTİK PARALELİZMLƏRİNDƏ QƏNAƏT PRİNSİPİNİN LİNQVOKULTUROLOJİ XÜSUSİYYƏTLƏRİ
Xülasə Poeziya mətnlərində ən çox istifadə edilən linqvistik fiqurlardan, modellərdən biri də sintaktik paralelizmlərdir və bu kateqoriyaya daxil olan təkrar növləri şeir dilində intensiv çıxış edərək poetik fikri dah...
EHTİMAL NƏZƏRİYYƏSİNƏ AİD MƏSƏLƏLƏRİN HƏLLİ
Xülasə İndiki dövrdə ehtimal nəzəriyyəsi, statistika, çoxluqlar və birləşmələr nəzəriyyəsi bir-biri ilə sıx əlaqədə olsa da, hər biri inkişaf etdirilir. Situasiyaların mürəkkəbliyi, şərtlərdə dəyişmələrin sayının art...
Davamlı sosial-iqtisadi artımı şərtləndirən maliyyə təminatı
Geosiyasi kontekstdə iqtisadi artım tempini şərtləndirən maliyyə tarazlığının səmərəliliyinin riyazi strukturunu müəyyən etməkdir. Qiymətləndirmədə ölkənin siyasi-iqtisadi tərəqqisinin müəyyən edilməsində həlledici təsi...
THE IMPORTANCE OF READING IN DEVELOPING SPEAKING SKILLS
Abstract There is an increasingly high relationship between reading and speaking skills. There is no question that people who develop large reading vocabularies tend to develop large speaking vocabularies. Indeed, rea...
TÜRKMƏNŞƏLİ TOPONİMLƏRİN ÜMUMTÜRK AREALLARI
Xülasə Məqalədə Danzik, Baydar və Çullu//Çul//Çol oykonimlərinin leksik-semantik, etimoloji izahı araşdırılmışdır. Danzik kəndi qədim oğuz yurdu olmuşdur. Görkəmli alim İ.Həbibbəyli Danzik sözünün etimologiyasını izah...