TÜRKMƏNŞƏLİ TOPONİMLƏRİN ÜMUMTÜRK AREALLARI

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 1

Abstract

Xülasə Məqalədə Danzik, Baydar və Çullu//Çul//Çol oykonimlərinin leksik-semantik, etimoloji izahı araşdırılmışdır. Danzik kəndi qədim oğuz yurdu olmuşdur. Görkəmli alim İ.Həbibbəyli Danzik sözünün etimologiyasını izah edərkən bu sözün “Kitabi-Dədə Qorqud” dastanında işlənmiş “dansux” sözündən olub, “erkən dan çıxan yer” mənasında işləndiyini bildirmişdir. Həmin kəndin adı XX əsrin 60-cı illərindən sonra yeniləşdirilərək etimoloji mənasına uyğun şəkildə Tanyeri adlandırılmışdır. İ.Həbibbəyli bir başqa əsərində isə dansux sözünün “dan sökülən yer” mənasında işləndiyini, yerləşdiyi coğrafi mövqeyə uyğun Arpaçayın sahilində uca dağların üzərində qərar tutmuş Danzik kəndində dan yerinin erkən söküldüyünü, günəşin tez doğulduğundan bəhs etmişdir. A.İmanlı isə Danzik toponimini etnotoponim hesab edərək I komponent olan “dan”-ı qədim türk tayfalarından biri olan tonlarla bağlamışdır. Müəllif qıpçaqların tərkibində Azərbaycan gəlmiş tonların bir çox toponimlərdə öz adlarını əbədiləşdirdiklərini qeyd etmişdir. Əslində, Danzik kəndi elə bir coğrafi mövqedə yerləşmişdir ki, şərq və qərb tərəfdən cənuba doğru uzanan dağ silsiləsi ilə əhatə edildiyindən kəndə günəş dağla səmanın kəsişmə nöqtəsindən qəflətən çıxır, fikrimizcə Danzik “dan yeri sökülən yer” anlamını bildirmişdir. E.Nuriyev Baydarlı toponiminin yayılma arealını araşdırarkən bu oykonimin yaranması haqqında iki fikir irəli sürmüşdür. Onlardan biri onun şəxs adı ilə, digəri isə tayfa adı ilə bağlı olmasıdır. R.Əliyeva Baydarlı toponiminin etimologiyasını izah edərkən yazır: “Baydar – monqol döyüşçüsüdür. XIII əsrdə monqol xanlarının sarayında olmuş Dominikan keşişi, Astselin bu sözü “voevоda” kimi tərcümə etmişdir”. Azərbaycan xalqının dili və mənşəyinin formalaşmasında çullu tayfasının böyük rolu olmuşdur. Çul etnoniminin iştirakı ilə formalaşmış coğrafi adlara təkcə Azərbaycanda deyil, Qafqazda və türk xalqlarının yaşadığı digər ərazilərdə də rast gəlmək mümkündür. Q.Qeybullayev Çullu//Çul//Çol etnotoponimini türk mənşəli “çullu” etnoniminin əsasında yarandığını, Q.Məşədiyev isə V.Q.Yeqorova əsaslanaraq Çol/Çulu türk mənşəli söz olub çuvaş dilində “daş”, “qaya”, “dərə” mənalarında işləndiyini yazmışdır. N.Əsgərov Çol-Çul-Sul oniminin “su”, “çay” kimi izahının daha elmi olduğunu bildirmişdir

Authors and Affiliations

İradə Kərimova

Keywords

Related Articles

Şamaxı cümə məscidi: tarixlə sənətin qovuşduğu yer

Məqalədə Azərbaycanın mədəni və mənəvi irsinin ən gözəl incilərindən biri olan Şamaxı Cümə məscidinin keçdiyi zəngin tarixi dövr, onun memarlıq xüsusiyyətləri əks olunmuşdur. Məqalə, Şamaxı Cümə məscidini yalnız dini iba...

FİBER OPTİK RABİTƏ SİSTEMİNİN İNKİŞAFI, TƏRKİBİ VƏ XÜSUSİYYƏTLƏRİ

Xülasə Fiber optik rabitə müasir rabitə şəbəkələrinin əsas ötürmə vasitəsidir. Onun inkişaf tarixi cəmi bir və ya iki onillikdir. O, üç nəsil yaşayıb: qısa dalğalı multimod lifi, uzun dalğalı multimod lifi və uzun dal...

MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ UŞAQLARA SƏS VƏ SÖZLƏRİN TƏLƏFFÜZÜNÜN ÖYRƏDİLMƏSİ ÜZRƏ İŞİN TƏŞKİLİ

Xülasə Bu gün məktəbəqədər yaşlı uşaqların ana dilinə yiyələnməsi təlim-tərbiyə işinin mühüm vəzifələrindən biridir. Uşağın nitq və düşüncəsinin inkişaf etdirilməsi, ətraf aləmi dərk etməsi, şəxsiyyətinin hərtərəfli...

NASOS SİSTEMLƏRİNİN EFFEKTİVLİYİNİ GÜCLƏNDİRƏN YENİ TEXNOLOGİYALAR VƏ ÜSULLAR

Xülasə Yüksək ixtisaslaşmış dəniz qazma sahəsində nasos sistemlərinin səmərəliliyi və etibarlılığı əməliyyatların uğurunda və ətraf mühitin davamlılığında mühüm rol oynayır. Məqalə dənizdə qazma tətbiqlərində istifadə...

AZƏRBAYCAN RESPUBLİKASINDA AQRAR SIĞORTANIN VƏZİYYƏTİ

Xülasə Aqrar sahdə istehsal özünün səciyyəvi xüsusiyyətlərinə rəğmən böyük risklərlə bağlıdır. Son zamanlar baş verən sahənin sənayeləşdirilməsi və texnoloji dəyişikliklər, iqlim dəyişiklikləri sahəni daha da riskli...

Download PDF file
  • EP ID EP749629
  • DOI 10.36719/2789-6919/29/7-11
  • Views 41
  • Downloads 0

How To Cite

İradə Kərimova (2024). TÜRKMƏNŞƏLİ TOPONİMLƏRİN ÜMUMTÜRK AREALLARI. Scientific Research, 4(1), -. https://europub.co.uk./articles/-A-749629