Şamaxı cümə məscidi: tarixlə sənətin qovuşduğu yer
Journal Title: Scientific Research - Year 2025, Vol 5, Issue 3
Abstract
Məqalədə Azərbaycanın mədəni və mənəvi irsinin ən gözəl incilərindən biri olan Şamaxı Cümə məscidinin keçdiyi zəngin tarixi dövr, onun memarlıq xüsusiyyətləri əks olunmuşdur. Məqalə, Şamaxı Cümə məscidini yalnız dini ibadətgah kimi deyil, Azərbaycan xalqının tarixini, mədəni irsini və sənətinin canlı simvolu kimi təqdim edir. Şamaxı tarix boyu Azərbaycanın tolerant bölgələrindən biri kimi tanınıb. Burada müxtəlif dinlər, təriqətlər və məzhəblər fəaliyyət göstərmişdir. Cümə məscidi şəhərin tolerantlıq ənənələrinin qədimliyini göstərən bariz nümunələrdən biridir. VIII əsrdə inşa edilən bu məscid tarix boyu zəlzələ, hücumlar, yanğınlara məruz qalmış və dəfələrlə bərpa edilmişdir. Abidə Şirvan-Abşeron memarlıq üslubunun ənənələrinə əsasən, əhəng daşı ilə tikilmişdir. Məscidin ilkin strukturu saxlanılmaqla müxtəlif illərdə görkəmli Azərbaycan memarı Zivər bəy Əhmədbəyov və polşalı memar İosif Kasperoviç Ploşkonun rəhbərliyi ilə yenidənqurma işləri aparılmışdır. Tikilinin sonuncu restavrasiyası 2013-cü ildə tamamlanmış, zəlzələyə qarşı davamlı olması üçün bünövrəsi 1 metr dərinliyində beton konstruksiyalarla möhkəmləndirilmişdir. Beləliklə, bu əzəmətli tikiliyə yeni həyat verilmişdir. Şamaxı Cümə məscidində mövcud olan 3 mevhər onu dünyada unikal edir.
Authors and Affiliations
Nərmin İmanova
İNGİLİS DİLİNDƏ ALINMA SÖZLƏRİN VURĞU DƏYİŞİKLİYİ
Xülasə Dil dinamik və inkişaf edən bir sistemdir. Buna görə də digər dillərlə təmas yolu ilə daim dəyişikliklərə məruz qalır. Dünyada baş verən yeniliklər, ölkələr arasında əlaqələrin genişlənməsi, elm və texnologiya...
A PART OF THE SOLUTION: ORGANIC FARMING METHODS AND SUSTAINABLE DEVELOPMENT GOALS
Abstract Amid escalating concerns worldwide about the environmental and socio-economic impacts of traditional agriculture, organic farming emerges as a viable alternative. This article explores the intricate relations...
İngilis dili dərslərində fənlərarası əlaqədən istifadə etməklə tələbələrin dərsdə fəallığının artırılması yolları
İngilis dilinin bütün dünya üzərində qlobal dil olduğu artıq aydın məsələdir. Bu xarici dili həyatımızın demək olar ki, bütün sferalarında görə bilirik. Xarici dil öyrədərkən çoxsaylı üsul və vasitələrdən istifadə edilir...
Heritability and Variability of Productivity Traits in Spring Soft Wheat Hybrids of the First to Fourth Generations
Abstract A higher varietal specificity in the manifestation of traits in parental varieties was noted compared to hybrids. Two component traits of ear productivity in a series of generations were analyzed against the...
ÖZBƏK VƏ AZƏRBAYCAN ATALAR SÖZLƏRİNİN X(IKS)-FEMİK TİPOLOGİYASI
Xülasə Müxtəlif dillərdə atalar sözlərinin müqayisəli tipologiyası dil və düşüncə münasibətləri ilə bağlı bir çox fundamental problemlərin öyrənilməsində öz prioritetliyini saxlayır. Şübhəsiz ki, bu, mövzunun aktuallı...