QEYRİ-İNFEKSİON XƏSTƏLİKLƏRİN ÖYRƏNİLMƏSİNDƏ EPİDEMİOLOJİ DİAQNOSTİKANIN TƏTBİQİ

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 11

Abstract

Xülasə Məqalədə qeyri-infeksion xəstəliklərin epidemiologiyasına dair qısa məlumatlar verilmiş, son illər bu xəstəliklərin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübədə epidemioloji diaqnostikanın tətbiqi paylaşılmışdır. Epidemioloji diaqnostika deyəndə konkret ərazidə müəyyən əhali qrupu arasında öyrənilən vaxt müddətində epidemioloji situasiyanı və onun inkişaf şərtlərinin dəyərləndirilməsini nəzərdə tuturlar. Epidemioloji diaqnostika – epidemioloji metodun təcrübədə istifadə edilməsidir. O, planlaşdırılmanın səmərələşdirilməsi, profilaktik və əksepidemik tədbirlərin həyata keçirilməsi və epidemioloji proqnozun işlənilməsi məqsədi ilə aparılır. Kütləvi xarakterə malik olan bir sıra qeyri-infeksion xəstəliklər zamanı onların yayılma zəruriyyətinin, profilaktik və mübarizə metodlarının öyrənilməsi məqsədi ilə epidemioloji yanaşma tamamilə özünü doğrultmuşdur. Hipotezlərin sübut edilmə mərhələsində eksperimental metodik üsullardan istifadə edirlər. Epidemioloji diaqnostikanın mərhələsində deskriptiv metod üsulları istifadə olunur.

Authors and Affiliations

Xatirə Xələfli, Dəstə Qasımova , Bayram Əsədov, Şəlalə Əliyeva , Dünya Niftəliyeva

Keywords

Related Articles

MÜXTƏLİFSİSTEMLİ DİLLƏRDƏ FONETİK ANOMALİYALAR

Xülasə Tipoloji və genetik münasibətdə bir-birinə ən uzaq müxtəlif dillərə aid faktların müqayisə edilməsi təcrübəsi göstərir ki, bu dillərdə eyni və oxşar hadisələr mövcuddur. Dillərin bu yöndə müqayisəli öyrənilməsi...

Çağdaş şeirimiz və Məhəmməd Füzuli

Xülasə Məhəmməd Füzulinin fikir və sənət dünyası yeni məzmunu və bədii-üslubi tapıntıları ilə Azər­baycan türkcəsindəki şeirin fəaliyyət proqramını təsdiqləmiş, özündən sonra gələn nəsillər üçün is­tər forma, itərsə d...

İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİN MÜASİR İNKİŞAF PERSPEKTİVLƏRİ

Yüksək iqtisadi potensiala sahib olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının müasir inkişaf perspektivlərinin nəzəri əsasları onun regional inkişaf xüsusiyyətləri və iqtisadi inkişafı şərtləndirən amilləri ilə i...

XİDMƏT SAHƏLƏRİNDƏ KEYFİYYƏT MENECMENTİ SİSTEMLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

Xülasə Xidmət sahələrinə ictimai iaşə, maliyyə, məlumat, mənzil-kommunal, məişət, kirayə, turizm, hüquq, mehmanxana, mühafizə, tərcümə, təmir, ticarət, nəqliyyat, səhiyyə və rabitə xidmətləri daxildir. Qeyd etmək lazı...

İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ İNNOVASİYALI İQTİSADİ İNKİŞAF PLANLARININ QURULMASI VƏ İCRASI

Xülasə İqtisadi potensialı yüksək olan Qarabağ iqtisadi rayonunun inkişafını təmin etmək və onun gələcək iqtisadi potensialını artırmaq üçün atılan addımlar dövlətimiz üçün zəruri tədbirlərdən biridir. Belə ki, region...

Download PDF file
  • EP ID EP749885
  • DOI 10.36719/2663-4619/96/144-149
  • Views 23
  • Downloads 0

How To Cite

Xatirə Xələfli, Dəstə Qasımova, Bayram Əsədov, Şəlalə Əliyeva, Dünya Niftəliyeva (2023). QEYRİ-İNFEKSİON XƏSTƏLİKLƏRİN ÖYRƏNİLMƏSİNDƏ EPİDEMİOLOJİ DİAQNOSTİKANIN TƏTBİQİ. Scientific Work, 17(11), -. https://europub.co.uk./articles/-A-749885