XİDMƏT SAHƏLƏRİNDƏ KEYFİYYƏT MENECMENTİ SİSTEMLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 3
Abstract
Xülasə Xidmət sahələrinə ictimai iaşə, maliyyə, məlumat, mənzil-kommunal, məişət, kirayə, turizm, hüquq, mehmanxana, mühafizə, tərcümə, təmir, ticarət, nəqliyyat, səhiyyə və rabitə xidmətləri daxildir. Qeyd etmək lazımdır ki, xidmət sahələrində davranış normalarını bilmək və onlara riayət etmək, insanlara qarşı nəzakətli, diqqətli və qayğıkeş olmaq, bir sözlə, cəmiyyətdə yaxşı tərz kimi qəbul edilmiş hər şey insanın davranış mədəniyyətinə aid edilir və etiketlə tənzimlənir. Xidmət sahələri istehsal prosesi olmadan, başqalarının ehtiyacını ödəmək üçün həyata keçirilən əmək fəaliyyətidir. Əhaliyə göstərilən xidmət fiziki və mədəni sahələrə ayrılır. Fiziki xidmətə- istehlakçının maddi və gündəlik tələbatını ödəmək üçün edilən xidmət, məhsulların istehsal xassəsinin artmasına və dəyişdirilməsinə, vətəndaşların arzusuna görə yeni məhsulların istehsalı, istehlak məhsullarının və insanların daşınmasının təmin edilməsi, iaşə xidmətləri, mənzil kommunal xidmətləri, nəqliyyat xidmətləri, təmir işləri ilə bağlı fərdi fəaliyyətin həyata keçirilməsi başa düşülür. Sosial-mədəni xidmətlərə-insanların mənəvi, intellektual ehtiyaclarını qarşılamaq, istehlakçının normal həyatını təmin etmək üçün edilən xidmətlərdir. Bu sahəyə insanların sağlamlığı, mənəvi inkişafı, peşə bacarığının artırılması daxildir. Sosial-mədəni xidmətlərə- tibbi xidmətlər, mədəniyyət xidmətləri, turizm, təhsil və s. daxildir.
Authors and Affiliations
Hədiyyə Nəsibova
ABŞ‒Çin rəqabətinin hücum realist perspektivindən təhlili
Xülasə Cənubi Çin dənizi zəngin enerji ehtiyatlarına və strateji dəniz ticarət yollarının kəsişməsində yerləşməsinə görə qlobal geosiyasi tarazlıqlarda mühüm rol oynayır. Regionda təhlükəsizlik narahatlıqları və müxtə...
BƏZİ TOPONİMLƏRİMİZ YENİ YANAŞMA MÜSTƏVİSİNDƏ. BEYLƏQAN, AŞIQLI VƏ S. TOPONİMLƏRİN ETİMOLOJİ YOZUMU VƏ HƏQİQİ TARİXİ ANLAMI
Xülasə Toponimlər dünyanın ünvan dilidir. Hansı xalqın harada yaşamasını və yaşadıqları məkanın sahibi olduqlarını təsdiqləyən tarixi sənəddir. Odur ki, Beyləqan və Aşıqlı toponimlərinin müasir yanaşma prizmasında iza...
THE WAR IN UKRAINE AND ITS IMPLICATIONS FOR THE EURASIAN ECONOMIC UNION
The dissolution of the Soviet Union in 1991 prompted newly independent states to seek integration and alignment with other countries and blocks, thereby shaping their foreign policies. One of the significant initiatives...
İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ İNNOVASİYALI İQTİSADİ İNKİŞAF PLANLARININ QURULMASI VƏ İCRASI
Xülasə İqtisadi potensialı yüksək olan Qarabağ iqtisadi rayonunun inkişafını təmin etmək və onun gələcək iqtisadi potensialını artırmaq üçün atılan addımlar dövlətimiz üçün zəruri tədbirlərdən biridir. Belə ki, region...
XARİCİ ÖLKƏLƏRDƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ VƏ SOSİAL TƏHLÜKƏSİZLİYİN İDARƏ EDİLMƏSİNİN HÜQUQİ TƏNZİMLƏNMƏSİNIN MAHİYYƏTİ
Xülasə Xarici ölkələrin yerli özünüidarəetməsi müxtəlif model və yerli təşkilat növlərindən ibarətdir. Yerli özünüidarəetmə sistemlərinin quruluşundakı fərqlər bir çox amillərdən asılıdır: siyasi rejim, ölkədə hökm sü...