RƏŞİD BƏY ƏFƏNDİZADƏ VƏ FOLKLOR
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 7
Abstract
Xülasə Folklor və yazılı ədəbiyyat məsələləri on doqquzuncu yüzillikdən bu yana müxtəlif səviyyələrdə elmi-nəzəri fikrin maraq dairəsində olmuşdur. Klassik ədəbiyyatın görkəmli nümayəndələrinin yaradıcılığı haqqında söylənən fikir və mülahizələr bunun göstəricisidir və həmişə də təhlillərdə artan tendensiya ilə özünü göstərmişdir. X. Şirvaninin, N. Gəncəvinin, M. Gəncəvinin, A.Ərdəbilinin, M. Əvhədinin, Ə. Təbrizinin, Q. Bürhanəddinin, Ş. İ. Xətainin, M. Füzulinin, M. V. Vidadinin, Q. Zakirin, Ə. Nəbatinin, C. Məmmədquluzadənin, M. Ə. Sabirin, S. Vurğunun, O.Sarıvəllinin, H. Arifin və onlarla digər sənətkarların yaradıcılığı folklor və yazılı ədəbiyyat kontekstində araşdırılmış və bir-birindən maraqlı mülahizələr yürüdülmüşdür. R. Əfəndizadənin uşaqlar üçün yazdığı şeirlər də bu baxımından əsaslı faktura ilə diqqət önünə gəlir və müxtəlif aspektli təhlillərin aparılmasını zəruriləşdirir. M. F. Axundov ədəbi məktəbinin davamçısı kimi təsəvvür sərgiləyən sənətkarın ədəbi irsi və elmi-pedaqoji fəaliyyəti XIX əsrin sonu XX əsrin əvvəllərinin zənginliyinə köklənməklə etnik özünüifadənin müəyyənlik axarında əsaslı təsəvvürlərə bağlanır. Onun poetik irsi, nəsri, dramaturgiyası bütün mahiyyəti ilə dövrün problemlərinin həllinə köklənmək baxımından tərbiyəvi məzmunu ilə bir əvəzsizlik sərgiləyir.
Authors and Affiliations
Şöhrət Məmmədova
ECONOMIC REFORMS AND THEIR IMPACT ON FOREIGN INVESTMENT IN TURKIYE
Abstract This paper tends to analyze major economic reforms taken by Türkiye since 2017, together with the effects of the same on Foreign Direct Investments (FDI). More specifically, it would be an attempt to do so th...
HEYDƏR ƏLİYEVİN İQTİSADİ SİYASƏTİNDƏ BİZNES FƏALİYYƏTİNİN TƏŞKİLİ VƏ ŞƏFFAFLIĞIN TƏMİN OLUNMASI
Xülasə Qeyd etmək lazımdır ki, müasir dövrdə Azərbaycan iqtisadiyyatının bütün sahələri azad rəqabət prinsipi əsasında bazar iqtisadiyyatına keçid istiqamətində yenidən təsis olunmağa başlamışdır. Bu proses bir çox o...
GÖMRÜK TARİF MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİNDƏ HÜQUQİ PROBLEMLƏR
Xülasə Müasir dövrdə tariflərin tənzimlənməsinin istehsalın inkişafına təsirini araşdırmaq çox vacibdir. Dünya miqyasında dövlətlər tariflərin tənzimlənməsinin faydalarını tanıyır və bu tədbirləri qlobal iqtisadiyyatı...
Mollanəsrəddinçi şair Mirzə Məhəmməd Axundov
Xülasə XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ictimai, mədəni, ədəbi-bədii mənzərəsinin daha dərindən və əhatəli şəkildə mənimsənilərək dərk edilməsi naminə Mirzə Məhəmməd Axundovun həyat, fəaliyyət və ədəbi-bə...
İNSANLARIN MƏDƏNİ-MƏNƏVİ TƏRBİYƏSİNDƏ MEMORİAL MUZEYLƏRİN ROLU
Xülasə Memorial muzeylər milli mədəniyyətimizin mühüm bir sahəsi olub, müxtəlif sahələri əhatə etməklə, konkret şəxsiyyətin bu sahədəki xidmətlərini ictimaiyyətə nümayiş etdirir, eyni zamanda müəyyən zaman kəsiyi ərzi...