ŞƏKİ “YUXARI BAŞ” MİLLİ TARİX MEMARLIQ QORUĞUNUN İLK ADDIMLARI
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 12
Abstract
Xülasə Şəki öz tarixi, mədəniyyəti, memarlıq abidələri, sənətkarlığı və mətbəxi ilə hər zaman diqqət çəkən bir məkan olmuşdur. XVIII əsrdə Şəki xanlığının paytaxtı olmuş şəhərin tarixi hissəsində 1967 ci ilin noyabrında Tarix Memarlıq Qoruğu yaradılmışdır. 300 hektara yaxın ərazisi olan qoruğun mərkəzi hissəsi və Şəki Xan sarayı 07 iyun 2019 cu ildə UNESCO nun Bakıda keçirilən 43 cü sessiyasında “Dünya Mədəni İrsi” Siyahısına daxil edilmişdir. Hazırda “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğu ərazisində qeydiyyata götürülmüş 83 tarix memarlıq abidəsi dövlət tərəfindən qorunur. Bu abidələrdən XVIII əsrdə inşa olunmuş Şəki Xan sarayı dünya əhəmiyyətli abidə olmaqla yanaşı Azərbaycan memarlığının incisi hesab olunur. Şəki xan sarayı ilə eyni dövrdə inşa olunmuş Şəkixanovların evi və Xan məscidi xanlıq dövrü Şəkisinin ən gözəl nümunələri olaraq mühafizə olunurlar. Şəkinin tarixi memarlıq abidələrindən danışarkən karvansaraların adını çəkməmək olmaz. Aşağı Karvansara Qafqazın ən böyük karvansarası, Yuxarı Karvansara isə Qafqazda ən böyük gümbəzə sahib karvansara hesab olunur. Sadalananlardan başqa Şəkidə onlarla məscid, hamam, körpü, tacir və bəy mülkləri, ipək fabrikləri və daha bir çox memarlıq nümunələri Şəkinin açıq səma altında muzey-qoruq olmasına səbəb olmuşdur. Bu məqalədə Şəki muzey-qoruğunun ilk yarandığı illərdə görülən işlər az da olsa araşdırılıb və qoruğun keçmişinə nəzər salınıb.
Authors and Affiliations
Zəminə Rəsulova
MARQARET TETÇERİN NİTQİNİN LİNQVOKOQNİTİV TƏHLİLİ
Məqalə Böyük Britaniyanın keçmiş Baş naziri Marqaret Tetçerin (1925-2013) nitqinin linqvokoqnitiv nöqteyi-nəzərdən öyrənilməsinə həsr olunmuşdur. Hal-hazırda linqvistik şüur və mürəkkəb proses olan elmi qavrayış geniş tə...
Kompüter təhlükəsizliyi
Xülasə İyirmi birinci əsrin başlanğıcı elmin inkişafının bütün sahələrində informasiya texnologiyalarının sürətli inkişafı ilə əlamətdardır. Eyni zamanda informasiya getdikcə daha çox strateji resursa, məhsuldar qüvv...
TECHNOLOGIES IN 5G CELLULAR SYSTEMS
Abstract Starting with the first generation systems known as "Advanced Mobile Phone System", cellular communication systems have always been in development. Nowadays, the latest cellular communication system whose sta...
DÜZGÜN YAZI QAYDALARINA (ORFOQRAFİYA) YİYƏLƏNMƏYİN BAŞLICA ŞƏRTLƏRİ
Xülasə Düzgün orfoqrafiya və qrammatika standartlarına nail olmaq üçün dilimizi yaxşı qavramaq və onun əsasları öyrənmək üçün fədakarlıq tələb olunur. Hər şeydən əvvəl sözləri düzgün yaza bilmək onların fonetikasını h...
Ümumtəhsil məktəblərində distant təhsilin idarəolunmasında təhlillər və hesabatvermə
Xülasə Məqalə distant təhsilinin səmərəli idarəolunmasında qarşıya çıxan problemlərin araşdırılması və təhlillərin son nəticələri haqqındadır. Distant təhsil tədqiqatları zaman və məkandan asılı olmayaraq təhsil imkan...