Sufilik – “daxili mən”in stadiyası
Journal Title: Scientific Research - Year 2025, Vol 5, Issue 1
Abstract
Məqalədə sufizm cərəyanının elmi-fəlsəfi və teoloji-sxolastik fonda şərhi həyata keçirilmişdir. Tanrı sevgisinin yaranması və formalaşması zəhmət-sevgi tandemi prizmasından təhlil edilmiş və bəşəriyyətin mövcudluğunun təməl missiyaları üzərindən müqayisəli təhlillər aparılmışdır. İslam alimlərinin sxolastik düşüncə və mülahizələrinin istisnası fonunda aparılan araşdırmalar daha çox texniki və humanitar elmlərin gerçəkliyi prizmasından analiz edilmişdir. Bəşər tarixinin yarandığı dövrdən başlayaraq insanın fərd olaraq mövcudluğu, yaşamının əsas məqsəd və substansiyasının hansı nəsnələri əhatə etməsi, onun inkişaf tarixinin, hətta gələcəyi də daxil olmaqla hansı real gerçəklikləri özündə ehtiva etməsi, onun mövcudluğunu əks etdirən suallar kateqoriyasına aid antinomiyalar pilləsinə aiddir. Bu araşdırmalarda yaranışın ilkin dövrlərindən başlayaraq elm və fəlsəfi cərəyanların müxtəlif kateqoriyaları əsasında analizinə cəhd edilmişdir. Qeyd etmək vacibdir ki, şərti xarakter daşıyan bu təsnifləşdirmələr müxtəlif elm sahələrinin də predmetinə aiddir. “Şərtilik” anlamı burada zəruri bir nüansdır. Çünki bütün gerçək elmi araşdırmaların məntiqi nəticəsi Tanrının mövcudluğu, o cümlədən kainatın və insan varlığının gerçək missiyasını ortaya qoyur. Bu kateqoriyalar ümumiləşdirilmiş formada 2 əsas reform səviyyəsində əks olunmuşdur. Məqalə fiqh elminin təməl bilgilərini mənə öyrədən böyük ustadım Hüseynxan müəllim İsayevə ithaf olunur.
Authors and Affiliations
Orxan Mehmanoğlu
“Qara” arxaik komponentli toponimlər leksik-semantik müstəvidə
Xülasə Məqalədə Azərbaycan toponimiyasında “qara” arxaik apelyativli Qarayazı, Qarabağlar, Qarabağlı və Qarabağlılar toponimlərinin leksik-semantik, etimoloji təhlilindən bəhs olunur. Azərbaycan ərazisində Qarabağ...
İNGİLİS DİLİ DƏRSLƏRİNDƏ ATALAR SÖZLƏRİNİN LEKSİK İFADƏLƏR OLARAQ İŞLƏDİLMƏSİ VƏ MAHİYYƏTİ MƏSƏLƏLƏRİ
Xülasə Xarici dilin tədrisinə kommunikativ münasibətin mövcud olduğu dövrdən danışarkən, mənimsənilən və ya tədris olunan leksik ifadə ilk növbədə kommunikativ prizmadan əhəmiyyətli olub-olmaması nəzərə alınmalıdır. T...
Müasir linqvistik və linqvodidaktik məsələlər
“Muasir linqvistik və linqvodidaktik məsələlər” dedikdə, müasir dilçilikdəki bütün məsələlər və istənilən bir dilin dil öyrənmə metodları, bunlarla bağlı bütün problemlər nəzərdə tutulur. Ümumiyyətlə, müasir linqvistika...
Teaching of Physics and Multimedia Technologies
Abstract Multimedia tools of physics teaching school physics course has wide possibilities for intensification. The use of multimedia in teaching physics makes the study of the subject more interesting and attractive...
KİBERHÜCUMLARDAN MÜDAFİƏ VƏ ONUNLA MÜBARİZƏ
Xülasə Kiberhücum- kiberinsident yaratmaq üçün informasiya sistemlərinə qarşı kiber silahın və ya kibersilah kimi istifadə edilə bilən sistemin bilərəkdən istifadəsidir. Başqa sözlə desək, kiberhücum kompüterlərdə və...