XIX ƏSRİN SONU, XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ UŞAQ POEZİYASINDA MİLLİ KOLORİTİN İNİKASI
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 7
Abstract
Xülasə Uşaq ədəbiyyatının tarixi-mədəni mənzərəsi bütün parametrlərdə etnokulturoloji təsəvvürün ümumi polifoniyasını əks etdirməyə və arxaik qatdan üzü bəri gələnlərin yaddaş səviyyəsində normativlərə sədaqət göstərməsinə həssaslıq nümayiş etdirir. Ədəbi-nəzəri fikirdəki bioloji nəzəriyyə, oyun nəzəriyyəsi və tarixi məktəbin istinad etdiyi qaynaqlar eyni təsəvvürdən çıxış etməklə mahiyyəti aydınlaşdırmağı prinsip olaraq qarşıya qoyur. Mifoloji qat, tarixi lay və prosesin ümumi axarı uşaq ədəbiyyatı aspektində yanaşmaları və təqdimi bir məqsəd olaraq əsasa çevirir. Öz əsasını isə müxtəlif dönəmlərdə əlavələrlə təzahür etdirməyə, məzmun və mahiyyət aspektində genişlənmələrə şərait yaradır. Ədəbi-mədəni axarın şifahi düşüncədən gələnlərə əsaslanan polifonik mənzərəsi periferik xarakterli olması ilə ibtidai düşüncədən bu yana gələnləri əhatələmək məramı və istəyi ilə spesifikləşir. Mif, əfsanə, nağıl, rəvayət, yanıltmac, layla, oxşama, əzizləmə, tapmaca və s. timsalında olan zənginlik, eləcə də xalq mərasimləri, uşaq oyunları səviyyəsində özünü göstərən rəngarəngliklər bütünlükdə etnoqrafik mahiyyətin möhtəşəmliyini bir tərəf olaraq açıqlayır. Uşaq ədəbiyyatının on doqquzuncu yüzilliyin sonu və iyirminci yüzilliyin əvvəllərindəki zənginləşmə axarı da həmin arxaik qatda olanlara köklənməklə yoluna davam edir.
Authors and Affiliations
Şöhrət Məmmədova
AQŞİN ƏLİZADƏ YARADICILIĞININ AZƏRBAYCAN MUSİQİSİNDƏ ROLU
Xülasə Azərbaycan musiqi mədəniyyətində konsert janrının yaradılması Üzeyir Hacıbəylinin musiqili - səhnə əsərlərindəki rəqs nömrələrində müşahidə olunur. Bəstəkar Aqşin Əlizadə öz təkrarsız yaradıcılığı ilə Azərbayc...
Beynəlxalq miqrasiya hərəkatının ölkələrdəki iqtisadi inkişafa təsirləri
Xülasə Bu tədqiqatda miqrasiyanın iqtisadi inkişafa təsiri daha çox diqqətdə saxlanılsa da, əks effekti də diqqətdən kənarda saxlamaq olmaz və hər iki təsirin qarşılıqlı təsiri nəticəsində ortaya çıxan mübahisəli xara...
Sufilik – “daxili mən”in stadiyası
Məqalədə sufizm cərəyanının elmi-fəlsəfi və teoloji-sxolastik fonda şərhi həyata keçirilmişdir. Tanrı sevgisinin yaranması və formalaşması zəhmət-sevgi tandemi prizmasından təhlil edilmiş və bəşəriyyətin mövcudluğunun tə...
Aims and methods of note-taking
Abstract In this review paper we investigated the effect of note taking activity in learning process as an educational tool and the impacts of taking notes on cognitive prospective. We also tried to summarize traditio...
İSHALƏLEYHİ DƏRMAN BİTKİLƏRİNİN BUZOVLARIN MÜALİCƏ VƏ PROFİLAKTİKASINDA ƏHƏMİYYƏTİ
Xülasə Müəyyən edilmişdir ki, mədə-bağırsaq pozuntuları ilə müşayiət olunan buzovların ishalının müalicə və profilaktikasında dərman bitkilərinin kimyəvi preparatları ilə kompleks tətbiqi, buzovların ishalının sağal...