XXI ƏSRİN İDEAL KƏND TƏSƏRRÜFATI BİTKİSİ OLAN AMARANTIN (AMARANTHUS) BİOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ

Journal Title: Nature & Science - Year 2024, Vol 6, Issue 2

Abstract

Xülasə Amarantın tərkibi digər yem bitkilərindən fərqli olaraq zəngindir. Amarantın vegetativ orqanları gövdəsi, yarpağı, çiçəyi və toxumu zülallarla, vitaminlərlə, lipidlərlə və mineral maddələrlə zəngindir. Amarantın digər yem bitkisi ilə birlikdə istifadəsi (xüsusən sarqo ilə) heyvanların yemlənməsində xüsusi əhəmiyyət kəsb edir. Yemin tərkibi zənginləşir, heyvanlar bu qarışıq yemi yaxşı mənimsəyir, süd və ət məhsuldarlığının kəmiyyət və keyfiyyət göstəricilərinə müsbət təsir edir. Amarant bitkisi istənilən torpaqda bitən, istiyə və soyuğa davamlı çoxillik bitkidir. Toyuqların yemlənməsində toyuğun çəkisinin artırılmasında, yumurtanın keyfiyyətinin yaxşılaşdırılmasında bu bitki əvəzedilməzdir. Amarant bitkisinin toxumunda olan doymamış yağ turşularının (olein, linol, linolein) miqdarı digər yem bitkilərindən üstünlük təşkil edir. Antioksidant xassəyə malik ikiqat rabitələrlə zəngin skvalen maddəsi amarant toxumunda geniş yayılmışdır. Bizim apardığımız tədqiqat da isə vegetativ orqanlarda gövdəsində, yarpağında, çiçəyində və toxumunda əvəzolunmayan (valin, leysin, izoleysin, treonin, lizin, metionin, fenilalanin və s.), əvəzolunan (alanin, asparagin, asparagin turşusu, qlisin, qlutamin, qlutamin turşusu, prolin, serin, tirozin və s.), neytral (alanin, qlisin), hidroksi (hidroksilizin, tirozin), kükürdlü (sistin, metionin), əsasi (lizin, arginin, histidin), turşu (asparagin və qlutamin turşuları), homosiklik (fenilalanin, triozin) və heterotsiklik (triptofan, prolin) aminturşuların miqdarı kifayət qədər kəmiyyət göstəricilərinə malikdir. Amarant bitkisi müxtəlif növ aminturşularla zəngindir.

Authors and Affiliations

Kamandar Daşdəmirov, Tamara Abbasova, Həcər Novruzova , Aysel Əsgərova

Keywords

Related Articles

ŞƏKƏR ÇUĞUNDURU AQROSENOZLARINDA YAYILMIŞ MƏNƏNƏLƏR

Xülasə Şəkər çuğunduru son illər Respublikamızda ciddi önəm verilən əkinçilik sahələrinə çevrilmişdir. İqtisadi cəhətdən gəlirli olan bu sahənin inkişafı üçün dövlət tərəfindən hərtərəfli tədbirlər həyata keçirilir. Res...

XƏSTƏXANADAXİLİ İNFEKSİYALARIN QARŞISININ ALINMASI YOLLARI VƏ MÜBARİZƏ TƏDBİRLƏRİ

Xülasə Məqalədə xəstəxanadaxili infeksiyaların qarşısının alınması yolları və mübarizə tədbirlərinə dair qısa məlumatlar verilmiş, son illər bu xəstəliklərin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübədə risk ami...

AZƏRBAYCANDA XURMA CİNSİ NÖVLƏRİNİN YAYILMA AREALLARININ MÜƏYYƏNLƏŞDİRİLMƏSİ VƏ GENOFONDUNUN YARADILMASI

Xülasə Tədqiqat işimizdə Azərbaycanın müxtəlif bölgələrində xurma cinsi növlərinin yayılma arealları müəyyənləşdirilmişdir. Həmçinin xurma (Diospyros) cinsinə aid Qafqaz xurması (Diospyros lotus. L), Şərq xurması (Dio...

CHRONIC DISEASES OF THE VENOUS SYSTEM – AS MORPHOLOGICAL AND FUNCTIONAL DISTURBANCE OF THE VENOUS SYSTEM

Abstract Our goal in this study is to provide quantitative and qualitative data for proper treatment planning in patients with multiple cutaneous computerized tomographic angiography with peripheral artery disease, to...

TÜTÜN BİTKİSİNİN BECƏRİLMƏ TEXNOLOGİYASI VƏ AZƏRBAYCANDA TÜTÜNÇÜLÜK SƏNAYESİ

Bu məqalə Azərbaycanda tütün bitkisinin istehsalı, onun emalının təhlili və zəruri dəyərləndirmələri haqqında məlumat verir. Bununla yanaşı tütün becərilmə texnologiyası və tütün emalının inkişaf istiqamətləri nəzərdən k...

Download PDF file
  • EP ID EP749552
  • DOI 10.36719/2707-1146/41/47-52
  • Views 26
  • Downloads 0

How To Cite

Kamandar Daşdəmirov, Tamara Abbasova, Həcər Novruzova, Aysel Əsgərova (2024). XXI ƏSRİN İDEAL KƏND TƏSƏRRÜFATI BİTKİSİ OLAN AMARANTIN (AMARANTHUS) BİOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ. Nature & Science, 6(2), -. https://europub.co.uk./articles/-A-749552