İNKLÜZİV TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ SİNFİN EFFEKTİV İDARƏ EDİLMƏSİNDƏ MÜƏLLİMİN ROLU
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 6
Abstract
Xülasə Xüsusi məktəblərdə tədris-tərbiyə prosesinin təşkilində və korreksiya fəaliyyətində müəllimin rolu böyükdür. Korreksiyaedici təhsil müəssisələrində müəllim öz vəzifə və funksiyaları ilə kütləvi məktəbin müəllimlərindən fərqlənir. Müəllimin pedaqoji-peşə fəaliyyətinin çoxcəhətliliyi və çoxfunksionallığı özünü bir tərəfdən şagirdlərin təlim-tərbiyəsini dövlət təhsil siyasətinə və dövlətin verdiyi müvafiq tələblərə uyğun fəaliyyət göstərən bir dövlət qulluqçusu olmasında, ikinci tərəfdən uşağı şəxsiyyət kimi formalaşdırmaq və hərtərəfli inkişaf etdirmək məsələlərini həyata keçirən sosial işçi, digər tərəfdən isə psixi inkişaf, sensor, davranış, və s. çatışmazlıqları olan uşaqlarla iş aparan sosial pedaqoq, pedaqoq-defektoloq rolunda göstərir. Xüsusi təhsil üzrə müəllimin funksiyalarına xüsusi diqqət və fəaliyyət tələb edən şagirdlərlə aparılan korreksiya, pedaqoji prosesi təşkil etmək və onu konkret məzmunla zənginləşdirmək daxildir. Müəllim öz şagirdləri və valideynləri arasında əməkdaşlığı və qarşılıqlı fəaliyyəti təmin edən ən mühüm həlqədir. Müəllim təlim-tərbiyə prosesində şagirdlərin inkişaf və davranış pozulmalarının korreksiya və profilaktika məsələlərinin həyata keçirilməsində fəal iştirakçı olmaqla bərabər, həm də onların yerinə yetirilməsi üçün əxlaqi, intellektual, fiziki və psixoloji hazırlığa malik olmalıdır. Korreksiyaedici təhsil müəssisələrində müəllim uşaqların inkişaf və davranışındakı mövcud və ya ola biləcək qüsurları aradan qaldırmağa, yaxud qarşısının alınmasına yönəldilmiş metod və üsulları seçir, təlim prosesində onlardan istifadə edir. Müəllim həmişə fəal, yaradıcı olmalı, mürəkkəb, psixo-fiziki inkişaf çatışmazlıqlı uşaqlar kimi bir kollektivə rəhbərlik edərək təlim-tərbiyə prosesində aparıcı rol oynamalıdır. Beləliklə də, korreksiyaedici müəssisələrdə çalışan müəllimlərin şəxsi və peşə keyfiyyətləri vəhdət təşkil edir.
Authors and Affiliations
Lalə Məmmədova
İNGİLİS DİLİNDƏ ALINMA İFADƏLƏR VƏ ONLARIN BƏZİ XÜSUSİYYƏTLƏRİNƏ DAİR
Xülasə Məqalədə ingilis dilində istifadə edilən sözlər və ifadələr analizə cəlb edilmişdir. Məqalədə bir çox dillərdən, fransız, latın, ispan, alman, italyan dillərindən keçmiş alınma ifadələr analiz edilərək, tərcümə...
MƏSRƏFLƏRİN UÇOTU VƏ MƏHSULUN MAYA DƏYƏRİNİN HESABLANMASININ STANDART VƏ MÜASİR ÜSULLARININ TƏTBİQİ
Xülasə Xərclərin uçotu və məhsulun maya dəyərinin standart və müasir üsulları müəssisələrə maliyyələrini səmərəli şəkildə idarə etməkdə və əsaslandırılmış qərarlar qəbul etməkdə mühüm rol oynayır. Standart məsrəf u...
TÜRKİYƏNİN İĞDIR VƏ QARS BÖLGƏLƏRİNİN FOLKLORUNDA UNUDULMUŞ MÖVSÜM MƏRASİMLƏRİ
Xülasə Məqalədə Türkiyənin İğdır və Qars bölgələrində qədim zamanlarda keçirilən mövsüm mərasimlərindən bəhs edilir. Tədqiqatın əsas məqsədi araşdırmaya cəlb edilən mərasimlərin səciyyəvi xüsusiyyətlərini və müasir dö...
Naxçıvan Muxtar Respublikasının orta məktəblərində müəllim-şagird münasibətləri
Xülasə Məqalədə Naxçıvan Muxtar Respublikasında yerləşən orta məktəblərdə müəllim-şagird münasibətlərindən danışılmış, onların birgə əlaqələrindən, yaradıcı müəllimlərin dövlət standartlarına əməl etməsindən, şəxsi t...
KOB-LARIN AVTOMATLAŞDIRILMIŞ İDARƏETMƏYƏ KEÇİD ZAMANI ÇƏTİNLİKLƏRİ VƏ PERSPEKTİVLƏRİ
Xülasə Avtomatlaşdırılmış idarəetməyə keçid kiçik və orta sahibkarlıq (KOB) üçün həm çətinliklər, həm də perspektivlər təqdim edir. Avtomatlaşdırma səmərəliliyin artırılması, xərclərin azaldılması və məhsuldarlığın ar...